Ermənistanın vandalizm aktları nəticəsində Azərbaycanın 9 şəhər və rayonu üzrə 250-dən çox sahibkarlıq subyektinə ziyan dəyib.
Eləcə də bax: TİKA işğaldan azad olunmuş rayonlarda KOB-un inkişafında maraqlıdır
FED.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Qeyd olunub ki, hazırda sahibkarlara dəyən zərərin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür və sahibkarlara lazımi dəstək göstəriləcək. (Apa)