Şəkildə gördüyünüz, yaşları 23 olan Henrique Dubugras və Pedro Franceschi 2 il öncə Brex adlı startap qurub və ötən gün aldıqları növbəti 100 milyon dollar investisiya ilə startapın dəyəri 2.6 milayrd dollara çatıb. Cəmi 2 il öncə 22 yaşlı iki adamın başlatdığı iş hazırda 2.6 mlrd dollar dəyərindədir.
Hazırda belə xəbərlərə tez-tez rast gəlmək olur. Elə statistikaya baxanda da bütün dünyada startapların nə qədər böyük məbləğdə pul gətirdiklərinin şahidi olarıq.
Belə ki, son bir həftədə dünyada 306 startap 32.1 milyard dollar investisiya cəlb edib. FED.az xəbər verir ki, bu ortalama hər startapa 20 milyon dollar investisiya deməkdir. 129 startap toplamda 32.1 dollara satılıb ki, bu satılan hər startapın ortalama qiymətinin 250 milyon dollar olması deməkdir.
23 yaşı var, qurduğu biznes - 2,6 MİLYARD DOLLARDIR
14:12
12 İyun 2019