Azərbaycanın ödəniş xidmətləri şirkəti "EasyPay" MMC-nin müflis elan olunmasına dair ərizəsi üzrə məhkəmə baxış iclasının vaxtı açıqlanıb.
FED.az xəbər verir ki, şirkətin elanında bildirilir ki, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli, ev 119c məhəllə 1996 olan "Easypay" MMC-nin (borclu) müflis (iflas) elan olunmasına dair ərizəsi üzrə məhkəmə baxış iclası 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi tərəfindən 22 oktyabr 2019-cu il tarixində saat 11:00-a təyin edilib.
Eləcə də bax: Azərbaycanın məşhur ödəniş sistemi - MÜFLİS OLDU
2012-ci ildən fəaliyyət göstərən və ödəniş xidmətləri göstərən “Easypay” şirkətinin satış nöqtələrində quraşdırılmış mobil, web və dayanıqlı ödəniş terminalları şəbəkəsi var.
Marja