2017-ci ilin aprel ayından başlayaraq "AzerGold" QSC-nin beynəlxalq bazarlarda qiymətli metalların satışından 205 mln. manat məbləğində gəlir əldə edib.
Bu barədə QSC-nin İdarə Heyətinin sədr müavini Oqtay Məmmədov bu gün jurnalistlərə bildirib.
“2017-ci il aprel ayından etibarən və indiyədək 93 min unsiya qızıl daxil olmaqla, beynəlxalq bazarlarda qiymətli metalların alqı-satqısından cəmiyyətin gəlirləri 205 mln. manat (cari məzənnə ilə $120,8 mln.) təşkil edib”, - O.Məmmədov qeyd edib
Onun sözlərinə görə, 2018-ci ildə cəmiyyət qızıl istehsalı həcmini 33% artırmağı ümid edir.