"Səmayə CO LTD" MMC nizamnamə kapitalının 322 min 350 manata azaldığını elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı hazırda 644 min 700 manatdır.
Bu da yarıbarı azalma deməkdir.
Qeyd edək ki, "Səmayə CO LTD" 8 oktyabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Vasif Zərbəliyev Böyükağa oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Səbail rayonu, Neftçilər pr., ev.26A. Şirkətin 202 min 336,52 manat ödənilməmiş vergi borcu vardır.











