Banner

Biznes

2019-cu ilin ən uğurlu və kasıblayan - MİLYARDERLƏRİ AÇIQLANDI

2019-cu ilin ən uğurlu və kasıblayan - MİLYARDERLƏRİ AÇIQLANDI | FED.az
09:40 21 Dek 2019

“Forbes” bu ilin ən uğurlu və həmkarlarından bir qədər geri qalan milyarderlərin siyahısını açıqlayıb.

FED.az xəbər verir ki, 2019-cu ilin qalibi Bernar Arno olub. Fransız biznesmenin sərvəti 40 milyard dollar artıb. Onun gəliri 100 milyard dolları aşır. İkinci yeri Mark Tsukerberq tutub. 2019-cu ildə “Facebook”un rəhbərinin hesabı 22,1 milyard dollar artıb. Üçüncü yerdə 17,3 milyard gəlirlə “Inditex” kompaniyasının sahibi Amansio Orteqa qərarlaşıb.

Eləcə də bax: 2019-cu ildə milyarder adını qazanan şəxslər - REYTİNQ

2019-cu il dünyanın ən varlı insanlarından biri Ceff Bezos üçün heç də uğurlu yekunlaşmır. Həyat yoldaşı ilə boşanan “Amazon” rəhbəri 13,1 milyard dollar məbləğində pul itirib. Onunla bərabər “uğursuz varlılar” siyahısına hindistanlı milyarder Azim Premdji düşüb - “Wipro Limited” kompaniyasının başçısı bu il ərzində 14,1 milyardından olub. Onun həmyerlisi, “Essel Group”un başçısı Subhaş Çandra isə Yeni il ərəfəsində 3,4 milyard dollarla vidalaşıb.

Qafqazinfo

Digər xəbərlər

Banner