2019-cu ildə ən çox gəlir əldə edən filmlər bəlli olub. Siyahıya “Qisasçılar: Final” filmi başçılıq edir.
FED.az xəbər verir ki, bu barədə “Deadline” portalı məlumat yayıb.
Eləcə də bax: Cizgi filmi kassa yığımına görə - DÜNYA REKORDU QIRDI
Məlumata görə, ötən il franşizanın dördüncü hissəsi kinematoqrafçılara 890 milyon dollar qazandırıb. Mütəxəssislər öz hesablamalarında reklam xərclərini və xalis mənfəətə təsir göstərən digər göstəriciləri də nəzərə alıblar. Ekran əsərinin büdcəsi 356 milyon dollar təşkil edib.
Top-10-luqda, həmçinin “Coker”, “Kapitan Marvel”, “Oyuncaqların əhvalatı – 4”, “Ələddin”, “Hörümçək adam: Evdən uzaqda”, “Ulduz müharibələri: Skayuoker. Günəşin doğuşu” və “Cumanci: Yeni səviyyə” filmlərinin də adı keçir.
Apa