Uzun illər ərzində menyu “fast food” “McDonald's” restoranlarının əsaslarından biri idi. Amma artıq onun yenilənməsinin vaxtı çatmışdı.
“Business Insider” yazır ki, şirkət menyusuna 1,2,3 dollarlıq yeməklər də əlavə edəcək. Bundan əlavə, şirkət satışlara dəstək üçün reklam xərclərini artırmaq niyyətindədir.
“McDonald's” rəhbərliyi 2018-ci ildə reklam büdcəsini artırmaq barədə qərarı qəbul edib, söhbət isə 20%-lik artımdan gedir.
“Credit Suisse” şirkətinin analtikləri isə deyir ki, “McDonald's”un rəqiblərin qiymətlərdə azalmaya getdiyini nəzərə alaraq, fikirləşir ki, şirkət satışlarının həcmini artıra biləcək. Analtiklər fikirləşir ki, 2018-ci ildə “fast food” sektorunda əhəmiyyətli qiymət dəyişikliyi ili olacaq.
Xatırladaq ki, şirkət 2017-ci ilin birinci yarısında satışlarını təşkil etdiyi kampaniyaların hesabına artırmağı bacarmışdı. Belə ki, şirkət amerikan müştərilərinə bütün qazlı işçiləri 1 dollara, “McCafe”də içkilər 2 dollar, premium burgeri isə cəmi 5 dollar satmışdı.
Qeyd edək ki, daha əvvəl “McDonald's”dan bildirirdilər ki, şirkət marketinq siyasətini dəyişdirəcək. Reklam xərclərini azaltmaq və keyfiyyəti yüksəltmək üçün 50 yaradıcı agentlik ilə əməkdaşlığı dayandıracaq.
Facemark.az©