Uğurlu biznesmenlər öyrənməyi heç vaxt dayandırmırlar. FED.az portalı «Entrepreneur»a istinadən başa çatmaqda olan 2017-ci ilin əsas biznes dərslərini seçib. Onları bilib nəticə çıxarmaq hamı üçün faydalıdır.
1. Kompüter təhlükəsizliyi – çox vacibmiş
Başa çatmaqda olan ildə milyonlarla kompüter istifadəçisi oğru- viruslardan əziyyət çəkib. Belə viruslar «yoluxmuş» qurğudakı informasiyanı şifrələyir və ona görə pul tələb edirlər. Təəssüf ki, bu çoxmilyardlıq sahə özünü hələ 2018-ci ildə də göstərəcək. Çox böyük ehtimalla belə viruslar sizə də hücum edəcək.
Dərs:proqramm təminatını təzələyin, təhlükəsizliyə cavabdeh olan işçilərinizi əvvəlcədən hazırlayın, və vacib faylların ehtiyat nüsxəsini çıxarın.
2. Dilinizi dinc saxlayın
Artıq nəsə deməkdənsə, susmaq yaxşıdır. Öz emosiyalarınızı internetə səpələməyin. Sizə birbaşa aidiyyatı olmayan məsələlərə şərh verməyin. Hətta öz fikirlərinizin düzlüyünə əmin olsanız da. Bir sözlə, bəzi biznesmenlər, siyasətçilər və ulduzlardan pis nümunə götürməyin.
Dərs: biznesdən başqa heç nə haqqında ictimai şəkildə danışmayın
3. Milleniallara barmaqarası baxmayın
«Onlar tənbəl, zəif və etibarsızdırlar, üstəlik də işləməyi də sevmirlər». Adətən yaşlı nəslin nümayəndələri gənclər haqqında belə düşünürlər. Amma artıq daynamaq və etiraf etmək lazımdır ki, gənclər artıq yaşlılarla davabndabana gəlirlər. Onlarda iş və şəxsi həyat balansı bir qədər fərqli qoyulub, üstəlik, onlar yeni texnologiyaları da daha yaxşı bilirlər.
Dərs: millenialları hər dəqiqə günahlandırmaqdansa, onlardan öyrənin
4. «Terminator»a yenidən baxmaq vaxtıdır
80-ci illərin məşhur filmi, hansı ki, çoxsaylı sitatlarla yadda qalıb, əslində bizə… bu günkü reallığı göstərir. Robotlar, süni intellekt, proqram botları – bu texnologiyalar gözümüzün qarşısında inkişaf edirlər.
2017-ci ildə «Feysbuk»un messenceri 300 milyondan artıq biznes-hesaba təklif edib ki, botların vasitəsilə öz fəaliyyətini avtomatlaşdırsınlar və müştəri xidmətini yaxşılaşdırsınlar. «Amazon» öz anbarlarındakı robotların sayını hər gün artırır. Uber isə şəhər küçələrində pilotsuz avtomobilləri test edir.
Dərs: əgər siz texnologiyaların biznesinizə təsiri haqqında hələ düşünməmisinizsə, çox güman ki, artıq gələn il sizin biznesiniz olmayacaq.
5. İri şirkətlər istifadəçilərin məlumatlarını pis qoruyurlar
Başa çatmaqda olan ildə ABŞ-ın Uber, Equifax kredit bürosun, Yahoo, K-Mart kim nəhəng şirkətlərində istifadəçilərin məxfi məlumatlarının oğurlanması baş verdi. Bu şirkətlər istifadəçilərin məlumatlarının qorunması üçün yeni texnologiyalara və ağıllı proqramçılara 100 milyonlarla dollar xərcləyirdilər. Amma yox, getdikcə daha çox biznes tətbiqlər «bulud»lara yerləşirlər və virtual serverlərdən asılıdırlar. Bu, əlbəttə ki, əlevrişli və sərfəlidir, amma təhlükəsiz də deyil.
Dərs: ehtiyat surətçıxarma prosedurunu diqqətlə yoxlayın və məlumatların itməsi və ya «axması» halı ilə bağlı əvvəlcədən plan qurun. Kiberrisklərdən sığortalanmaq da pis deyil.
6. Sosial şəbəkələr artıq pulsuz deyil
Əvvəllər «Feysbuk» və ya «Tvitter»də hesab açıb, bir neçə maraqlı status yazmaq və adamlarla ünsiyyət qurmaqla ətrafa səs-küy salıb məşhurlaşmaq, izləyici yığmaq və öz məhsulunu və ya kontentini satmaq olurdu. İndi isə yox. Xəbəriniz olsun ki, indi eyni işləri dünyada 100 milyonlarla insan edir və sadəcə bir neçə ağıllı statusla məşhurlaşmaq mümkün deyil.
Dərs: «Feysbuk» və «Tvitter» artıq çoxdan ictimai şirkətlərdir və onların səhmdarları mənfəət tələb edirlər. Ona görə də əgər siz sosial şəbəkələrdə tanınmaq və reklam üçün pul xərcləmirsinizsə, sizin parlaq ideya və fikirləriniz özünüz kimi minlərlə insanın fikirləri içərisində itib batacaq.
2017-ci ilin bizə öyrətdiyi - 6 BİZNES DƏRS
09:40
14 Dek 2017