Metronun "20 Yanvar" stansiyasın çıxşındakı yeraltı keçidləriə mağazalar işini dayandırdı.
FED.az xəbər verir ki, sahibkarların sözlərinə görə, təxminən 150-dən çox mağaza bağlanıb, nə vaxt açılacağı isə açıqlanmır.
Bu suala cavab tapmaq üçün biz də aidiyyəti qurumların bir-bir qapısını döydük... "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən bildirildi ki, "20 Yanvar" və "Cəfər Cabbarlı" metro xətlərindəki keçidlərdə fəaliyyət göstərən obyektlərin onlara heç bir aidiyyəti yoxdur.
Yasamal rayon icra hakimiyyətinin mətbuat xidmətindən isə bildirildi ki, ərazi bu qurumun da balansında deyil, yeraltı keçiddəki mağazalar şəxsi mülkiyyətdir.
Əmlak məsələləri Dövlət Xidmətindən də bildirildi ki, keçidlə bağlı onlarda da heçbir məlumat yoxdur.