“V-Trade” MMC və “Vesta Horeka” MMC-nin “Veysəloğlu” MMC-yə qoşulduqları üçün ləğv edildikləri açıqlanıb.
FED.az xəbər verir ki, “V-Trade” MMC “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 0700159551) qoşulma nəticəsində ləğv edildiyini və “V-Trade” MMC-nin bütün hüquq və öhdəliklərinin təhvil aktı üzrə “Veysəloğlu” MMC-yə (VÖEN: 0700159551) ötürdüyünü elan edib.
Eləcə də bax: «Veysəloğlu»dan işçilərə ödənilən - MAAŞLAR HAQQINDA AÇIQLAMA
Həmçinin, “Vesta Horeka” MMC də “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 0700159551) qoşulma nəticəsində ləğv edildiyini və “Vesta Horeka” MMC-nin bütün hüquq və öhdəliklərinin təhvil aktı üzrə “Veysəloğlu” MMC-yə (VÖEN: 0700159551) ötürdüyünü elan edib.