Azərbaycanda fəaliyyət göstərən holding ləğv edildi.
Eləcə də bax: “Beyker və Makenzi"nin Azərbaycandakı filialı - LƏĞV OLUNUB
FED.az Banker.az-a istinadən xəbər verir ki, “RH Holding” MMC ləğv edildiyini elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ2300 Göyçay şəhəri, Göyçay rayonu, Yenikənd küçəsi, ev 300, mənzil 0 ünvanına bildirə bilərlər.
Bildirək ki, bu Holding 2018-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. “RH Holding”in nizamnamə kapitalı 5 manatdır və qanuni təmsilçisi Ramin Salmanov Qəhrəman oğludur.