Azərbaycanda 3 iri maliyyə təşkilatının səhmdarı olan “Yevro Standart” MMC şirkəti yenidən təşkil olunur.
Eləcə də bax:“ExpressBank”ın səhmdarlarının - Yığıncağı Keçiriləcək
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Grand-Lead” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verilərək “Yevro Standart” MMC-yə qoşulduğunu və “Yevro Standart” Məhdud Məsuliyyətli Cəmiyyəti “Grand-Lead” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.
Qeyd edək ki, ASC “Xalq” Bankının nizamnamə kapitalının 33.85% -i, “Bank Avrasiya” ASC-nin nizamnamə kapitalının 37,50%-i və “Xalq Sığorta” ASC-nin nizamnamə kapitalının 50%-i “Yevro Standart” şirkətinə məxsusdur.
“Yevro Standart” MMC şirkəti “PAŞA Holdinq” ilə eyni ünvanda fəaliyyət göstərir.