Çinin e-ticarət şirkəti Alibaba, Subaylar Günündə xüsusi endirim kampaniyaları ilə 16 saat ərzində 24,3 milyard dollarlıq məhsullar sataraq rekord qırıb.
Son illərdə Subaylar Günüdəki əməliyyat həcmləri, Super Cümə və Kiber Bazar ertəsi günlərindəki kampaniyaların hamısındakı əməliyyat həcmini keçir.
11 Noyabr Subaylar Günü idi. 23 Noyabrda Super Cümə və 26 Noyabrda Kiber Bazar ertəsi qeyd ediləcəkdir. Həmin günlərdə də endirimlər nəzərdə tutulur.