İşəgötürənlər (direktor) 14 gün ərzində bağlanılmış əmək müqavilələrinin məbləğini minimum əmək haqqı məbləğinə uyğunlaşdırmalıdırlar.
FED.az-ın məlumatına görə, bunu vergi üzrə ekspert Vəli Əliyev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
ELƏCƏ DƏ BAX: “Dollar kreditləri ilə bağlı məhkəmələrdə 200 minə yaxın iş var”
Ekspert qeyd edib ki, əks halda işəgötürən (direktor) İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən 1000 manatdan 1500 manatadək cərimə oluna bilər.
(192.3. İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.)
1500 manatadək cərimələnə bilərsiz – XƏBƏRDARLIQ
19:26
14 Fev 2019