“D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 4400122841) təşkilati-hüquqi formasını dəyişir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbərləri portalı xəbər verir ki, zavod məhdud məsuliyyətli cəmiyyətə çevrildiyini elan edir.
Qeyd edək ki, müəssisə 16 may 2005-ci ildə dövlət qeydiyyatına alınıb, 1 milyon 504 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Abdinov Nurlan Nurəddin oğludur. Hüquqi ünvanı Qəbələ rayonu, Çuxur Qəbələ ərazisində yerləşir.











