Elektrik enerjisi paylama üzrə dövlət təbii inhisarçısı açıq tender elan olunandan iki həftə sonra təsis edilən və dövlət qeydiyyatından keçmiş iki şirkətlə təxminən 1 milyon manat (577 min ABŞ dolları) dəyərində iki müqavilə bağlayıb."Azərişıq" transformatorların təmiri və digər təmir işləri üçün tələb olan mal-materialların satın alinması üzrə tenderi http://tender.gov.az/new/index.php?inc=tender&nov=&pub1=124321 mayın 15-də elan edib. Tenderdə iştirak şərtləri arasında son bir il üçün maliyyə və vegi hesabatı, təklifiin dəyərinin 2 % -i həcmində bank təminatı var.
Bununla yanaşı, 18 iyul tarixində "Azərişiq" bu predmet üzrə "Elektrik-Təchizat" (VÖEN 4501694831) şirkəti ilə müqavilə imzalayıb. Bu şirkət mayın 30-da Quba rayonunun Nügədi qəsəbəsində qeydə alınıb. Buna baxmayaraq, "Azərişiq" şirkəti rəqiblərinin adını açıqlamadan bu şirkətlə 933,2 min manat məbləğində müqavilə bağlayıb.Həmin gün Quba rayonunun Nugədi kəndində 10 manatlıq kapitalla "Qlobal-Elektro" MMC şirkəti yaradılıb. Hər iki şirkətin direktoru Nazim Quliyevdir. "Qlobal-Elektro" 29 iyun tarixində iş gününün sonunda optik materialların satın alınması üzrə qalib elan edilib. İddiaçılara 4 iyul saat 16:00-a kimi təklifləri təqdim etmək üçün vaxt ayrılmışdı. Müqavilə 18 iyul tarixində Qlobal-Elektro şirkəti ilə imzalanıb. O, bu malların çatdırılması üçün 48 min 20 manat təklif edib (siyahı açıqlanmır)
contact.az