Sentyabrın 4-də Qazaxıstanın Almatı şəhərində “Kazbuild 2018” inşaat və tikinti malları sərgisi açılıb.
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, sərgidə nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində Azərbaycanın 14 şirkətinin istehsal etdiyi tikinti materialları nümayiş olunur.
Qeyd edək ki, bu sərgi Azərbaycanın tikinti materiallarının “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim olunduğu ilk beynəlxalq sərgidir.
Sərgi sentyabrın 6-dək davam edəcək.