Bir çox məşhur geyim markalarının həmçinin “Zara”nın da daxil olduğu “Inditex” satışların karantin səbəbiylə bağlandıqdan sonra aprel ayında onlayn satışlarının 95 faiz artdığını açıqlayıb. Ancaq gəlirin azalmasının qarşısını almaq üçün bu kifayət etmədiyi üçün şirkət mindən çox mağazanı bağlamaq qərarına gəlib.
Eləcə də bax: Dünyada ən bahalı şirkətlər - MƏLUM OLUB
“Zara”, “Bershka” və “Pull & Bear” kimi məşhur geyim markalarını əhatə edən “Inditex” koronavirus epidemiyası səbəbiylə mart və aprel aylarında mağazalarını bağlamalı olmuşdu.
Onlayn satışların payı 25%-ə çatacaq
FED.az CNN-dəki xəbərə istinadən xəbər verir ki, şirkət bu müddət ərzində onlayn satışlarını xeyli artırıb. Aprel ayında “İnditex” markaları internet ilə satışlarında 95 faiz artım olub. Şirkət onlayn satışların artımının daimi olacağını gözləyir. Açıqlamada qeyd edilib ki, 2019-cu ildə edilən ümumi satışların 14 faizi internet üzərindən reallaşdı. 2022-ci ilə qədər bu nisbətin 25 faizə qədər artacağı gözlənilir.
2.6 milyardlıq avro itki
Onlayn satışdakı artım “Inditex”in gəlirlərinin düşməsinin qarşısını almaq üçün kifayət olmayıb. 2019-cu ilin ilk rübündə 5.9 milyard avro (45.5 milyard TL) satılıb, bu göstərici 2020-ci ilin eyni dövründə 3.3 milyard avro (25.5 milyard TL) qədər azalıb. İlin ilk rübündə 409 milyon avro (təxminən 3 milyard TL) ziyan dəyib.
Karantin tədbirlərinin azalması ilə mağazalar yenidən fəaliyyətə başladığından “Inditex” markalarının bütün mağazalarının bu ayın sonunadək açılacağı gözlənilir.
Şirkətin 5.8 milyard avro nağd vəsaiti var
Şirkət yaxın üç ildə konsepsiyanı dəyişməyə hazırlaşır. Buna görə, böyük, mərkəzi mağazalar və onlayn platformalar üçün 900 milyon avro (təxminən 7 milyard TL) sərmayə qoyulacaq. Bu dəyişiklik ilə yanaşı 1000-dən çox kiçik miqyaslı mağazalarını bağlayacaq.
Yüksək pul ehtiyatı sayəsində “Inditex” ilk və sonrakı rəqabətdəki rəqibləri ilə müqayisədə üstünlüyü var. Keçən il şirkətin hesabındakı nağd pul miqdarı 6,7 milyard avro idi. Hal hazırda 5.8 milyard avro (təxminən 45 milyard TL) olduğu təxmin edilir.