"AzərGold" QSC dövlət şirkəti qızıl və gümüş sikkələr üçün xüsusi qutuların hazırlanması işlərini "Stamperia" şirkətinə həvalə edib.
ELƏCƏ DƏ BAX: Metropoliten 1 milyon manata pompa alıb
FED.az-ın məlumatına görə, sikkələrin və qutuların sayı barədə məlumat məxfi saxlanılır.
Qızıl və gümüş sikkələr üçün xüsusi qutuların hazırlanması üzrə podratçı müəyyən etmək üçün tender ötən il noyabrın əvvəlində elan edilib. "AzərGold" QSC və "Stamperia" MMC arasında müqavilə 21 dekabr tarixində imzalanıb. Onun dəyəri 103,2 min manat (60,7 min ABŞ dolları) təşkil edir.
100 minə qutular hazırlayacaq – SAYI MƏXFİDİR
19:54
3 Yan 2019