“Azərişıq” ASC bu ilin oktyabrında 2 şirkətlə müqavilə imzalayıb.
FED.az xəbər verir ki, “Azərişıq” ASC “Azconstruction” MMC ilə Şabran rayonu ərazisində yaradılacaq «Şabran Aqrokompleks» MMC-yə məxsus «Şabran Aqrokompleks»də pivot suvarma qurğularının elektrik təchizatı işlərinin alınması üçün 1 mln 750 min 925 manatlıq müqavilə imzalayıb.
“Azərişıq” ASC-in digər müqavilə imzaladığı şirkət “Retro Holding” MMC olub. Bu şirkətlə Bakı-Quba yolunun 55-ci kilometrliyində, Xızı rayonu, Yeni Yaşma (KES-1) və Şurabad qəsəbələrində yerləşən KES-lərin istismara qəbulu və tam işə buraxılması üzrə işlərinin (I mərhələ) alınması üçün 10 mln manatlıq müqavilə imzalanıb.
10 milyonluq tenderi “Retro Holding” qazandı
10:53
29 Okt 2018