Qazaxda yeni mebel istehsalı müəssisəsi yaradılıb.
FED.az xəbər verir ki, Qazax rayonunda “Saloğlu” Fərdi Firmasının mebel istehsalı fabriki tikilib. İldə 30 min dəst mebel istehsalı gücündə olacaq müəssisədə 400 yeni iş yeri açılacaq.
Ümumi investisiya dəyəri 76,1 mln. manat olan müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Bundan başqa, fabrikə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 mln. manat güzəştli kredit verilib.
Mebel istehsalı müəssisəsinin bu ilin I rübü ərzində istifadəyə verilməsi nəzərdə tutulur.