Sumqayıt Kimya-Sənaye Parkının (SKSP) rezidenti "STDC" MMC kapitalını daha 22 milyon 423 min manat (13,2 mln. dollar) artırıb. FED.az xəbər verir ki, beləliklə, regionda ən iri Data mərkəzi tikmiş bu şirkətin kapitalı 280 milyon manata (164 mln dollardan çox) yaxınlaşıb.
Şirkət 2016-cı ilin iyun ayında ilkin kapitalı 10 manat olmaqla təsis edilib. 2017-ci ilin mart ayında SKSP-nın rezidenti statusunu alıb. Şirkətin Data mərkəzi SKSP-nın ərazisində 14 hektar yer tutur.
Eləcə də bax: Həmyerlimiz BP-nin İraq biznesinə rəhbər - TƏYİN OLUNUB
© Contact