Analitiklər 1 trilyon dollar büdcəyə sahib olacağı ehtimal edilən şirkətlər üzrə araşdırma aparıblar.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur “Morqan Stenli” şirkətinin analitiki Keyt Veiss bu şirkətin “Microsoft” olacağını proqnozlaşdırıb.
Hazırda “Microsoft”un dəyəri 722 milyard dollardır. Şirkətin hissələrinin il ərzində 110 dollardan 130 dollara çatacağı və bununla da dəyərin 1 trilyon dolları ötəcəyi gözlənilir.