“Roadlogic” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN 1407086601) nizamnamə kapitalının azaldığını elan edir.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini AZ1007, Bakı şəhəri̇, Nəsimi rayonu, Azadlıq prospekti, ev 80, mənzil 53 ünvanına bildirə bilərlər.
Şirkətin nizamnamə kapitalının nə qədər azaldılması açıqlanmasa da hazırki nizamnamə kapitalı 1 milyon manatdır.
Qeyd edək ki, bu şirkət 7 yanvar 2025-ci ildə yaradılıb, qanuni təmsilçisi İsgəndərov Kamil Amil oğludur.











