Banner

Biznes

1 il xarab olmayan alma - SATIŞA ÇIXDI

1 il xarab olmayan alma - SATIŞA ÇIXDI | FED.az
08:24 3 Dek 2019

ABŞ-da soyuducunda bir ilə qədər xarab olmadan qaldığı iddia edilən yeni bir alma növü satışa çıxarılıb.

FED.az BBC-yə istinadən xəbər verir ki, alma sortunun 1997-ci ildən Vaşinqton Dövlət Universitetində inkişaf etdirilməsinə başlanıb. Alma növünün kəşfindən bazara çıxarılmasına qədər 10 milyon dollar xərclənib. Qırmızı almanın üzərindəki açıq sarı xallar uzaq ulduzlara bənzədilir.

Eləcə də bax: Tropik meyvə Azərbaycanda yetişdiriləcək - "UĞURLU NƏTİCƏLƏR ETMİŞİK"

Yeni alma sortunun ağacının 3 il ərzində məhsul verdiyi bildirilib. Vaşinqton Dövlət Universitetinin icra etdiyi proqramın rəhbərlərindən Kate Evans, bu alma növünün soyuducuda 10 - 12 aya qədər dadı pozulmadan qaldığını söyləyib. 

Artıq Vaşinqtonda bu alma ağacından 12 milyon ədəd əkildiyi, sərt lisenziya sisteminin, ABŞ-ın başqa bölgələrində fermerlərin bu almaları yetişdirməsinə icazə vermədiyi qeyd edilib. 

Marja

Digər xəbərlər

Banner