Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
    • Supermarket
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes

  1. Ana səhifə
  2. Biznes
  1. Biznes

Kiçik şirkətlərdən «yox», «Amazon»dan «hə» cavabı alan azərbaycanlı – MÜSAHİBƏ

Kiçik şirkətlərdən «yox», «Amazon»dan «hə» cavabı alan azərbaycanlı – MÜSAHİBƏ | FED.az
20:24 10 Aprel 2021

Turan Qocayev: «Mən orada ən aşağı pillədən başlayıb həmin şirkətin bütövlükdə istiqamətini dəyişmişdimsə, bu, böyük bir zəhmət hesabına baş vermişdi»

FED.az «Amazon» şirkətinin Almaniya ofisində çalışan Turan Qocayevlə müsahibəni təqdim edir.

Orta və ali təhsil illərində heç nə ona çətinliklə başa gəlmir, hər şey bir az sadə alınır. Ancaq iş dünyasına düşəndən sonra uğursuzluqlarla da üzləşir, neqativ rəylər də alır. Hətta bu cür düşündüyü vaxtlar da olur: “Siz öz potensialınızı görürsünüz, kifayət qədər böyük işlər görməyə qadir olduğunuzu başa düşürsünüz, lakin siz bunu heç kimə, dünyaya sübut edə bilmirsiniz”.

Öz bacarığına güvəndiyi halda kiçik şirkətlərdən “yox” cavabı alması onu həvəsdən salmır və o, yüksək tələblərə cavab verən kadr olmaq üçün gecə-gündüz öz üzərində işləyir və “Amazon” şirkətinə işə qəbul olur. Söhbət “Amazon” şirkətinin Almaniya ofisində tətbiqi alim (applied scientist) kimi çalışan Turan Qocayevdən gedir.

Qeyd edək ki, T.Qocayev 1988-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika ixtisasında bakalavr təhsili alıb. Magistr təhsili üçün seçimi Almaniyanın Bonn Universiteti olur. Burada  kompüter elmləri üzrə təhsil alır.

Almaniyada “Fraunhofer İAİS” İnstitutu, “Siemes AG” və “Moresophy GmbH”də çalışıb. İl yarımdır ki, “Amazon” şirkətində maşın öyrənmə sahəsində tətbiqi alim kimi fəaliyyət göstərir.

- Turan bəy, riyaziyyata xüsusi marağınız olduğu üçün birinci qrupa sənəd vermişdiniz, yoxsa sadəcə bu qrupda olan fənnləri yaxşı oxuyurdunuz deyə belə seçim etmişdiniz?

- Təkcə riyaziyyat yox, təbiət elmlərinə marağım böyük olduğu üçün birinci ixtisas qrupunu seçmişdim. Uşaq vaxtı sosial elmləri təbiət elmləri qədər xoşlamırdım. Yəqin ki xarakterimdəki dəqiqlik marağıma da təsir göstərib. Məsələn, mən düşünürəm ki, tarixlə bağlı məlumatlar heç də həmişə obyektiv olmur. Hər bir ölkədə insanlar baş verən hadisələri fərqli şəkildə təqdim edə bilərlər. Bu səbəbdən, dəqiq, obyektiv məlumat tapmaq çətin olur. Düzdür, orada da 3-cü tərəfin yazılarına istinad edilir, amma 3-cü tərəf də bitərəf olmaya bilər. Bu cür səbəblərdən uşaq vaxtından dəqiq elmlərə daha çox maraq göstərirdim. Çünki dəqiq elmlərdə verilən izahlar, ordakı aksiomlar sizin bunlara inanıb-inanmağınıza, yaxud şəxsi düşüncələrinizə bağlı olmur. Oradakı məlumatlar faktlardır. Qəbul etsəniz də belədir, etməsəniz də. Xarakterimdəki dəqiqliyə maraq yəqin ki bu sahə ilə necəsə uzlaşıb və belə seçim etmişəm.

- Hər iki valideyniniz fizika müəllimidir. Düşünmək olar ki, valideynlərin də yönləndirməsi olub.

- Dediyim kimi dəqiq elmlərdən uşaqlıqdan xoşum gəlib. Ancaq valideynlərimin də rolunu inkar edə bilmərəm. Bu rol məcburiyyət şəklində deyildi. Yəni valideynlərimiz bizi sırf öz sahələrinə istiqamətləndirməyiblər. Məsələn, bacım professional musiqiçidir. Uşaq vaxtı anam məni də musiqiyə aparıb, amma mən sonadək musiqi məktəbinə getmək istəmədim. İndi düşünürəm ki, gərək musiqini də öyrənərdim. Hansı sahəni seçməyə gəlsə, yenə dəqiq elmləri seçərdim, musiqi ilə hobbi kimi məşğul olardım.

- Təbiət elmlərinə maraq göstərməyiniz digər fənləri necə oxumağınıza təsir göstərirdimi?

- Dərs oxumaq cəhətdən heç biri arasında fərq qoymurdum. Bütün fənləri yaxşı oxuyurdum, əlaçı olurdum. Ədəbiyyat və dilçiliyi çox xoşlayırdım. Ana tərəfdən qohumlarımın çoxu dilçilik sahəsində çalışırlar. Nəticə olaraq mənim çalışdığım sahə təkcə riyaziyyat deyil, riyaziyyatla dilçiliyin birləşməsidir. Təbii dilin emalı sahəsi adlanır.

- Maraqlıdır, universitetə neçə balla qəbul olmuşduz?

- 681 bal yığmışdım. Seçim zamanı ilk yerdə BDU-nun informatika ixtisasını yazmışdım. Ora da qəbul oldum və Prezident təqaüdü alırdım.

- Sizin universitetə qəbul olduğunuz illərdə abituriyentlərin bir çoxuna informatika ixtisası deyəndə, məktəbdə informatika müəllimi kimi çalışmaq düşünülürdü. Çünki ixtisasla bağlı məlumatlılıq çox zəif idi. Bəs siz seçdiyiniz ixtisasla bağlı geniş mənada məlumatlı idiniz?

- 5-ci sinifdə oxuyanda, sinif rəhbərimiz informatika müəllimi Aygün Əzizova (282 nömrəli məktəbdə) idi. O vaxt bizə bəzi bəsit proqramları yazmağı öyrətməyə çalışırdı. 6-cı sinifdən sonra Bakı Atatürk Liseyinə keçdim. Orada da müəyyən qədər informatika dərsi keçilirdi. Bunun inkişaf etmiş ölkələrdəki kimi güclü olduğunu düşünmürəm, amma ən azından müəyyən qədər proqramlaşdırma haqqında məlumatım var idi. Həm də böyük qardaşım məndən iki il əvvəl eyni ixtisasa qəbul oldu. Bu, daha geniş məlumat üçün mənə kömək etdi. Yəni seçimim korkoranə olmamışdı.

- Seçdiyi ixtisasla bağlı məlumatlı olan, əvvəldən o sahədə müəyyən bacarıqlara yiyələnən şəxslər elə tələbə vaxtından işləməyə maraq göstərirlər. Çünki işin içinə daha tez düşə bilirlər. Siz tələbə vaxtı işlədinizmi?

- Razıyam, insanın bu mövzudan xəbəri varsa, universitetə daxil olanda, digərləri - yəni bu mövzudan xəbəri olmayanlarla müqayisədə müəyyən qədər üstünlük əldə etmiş olur. Lakin insan öz üzərində işlədikdən sonra artıq kiminsə əvvəldən xəbərinin olmağı o qədər böyük əhəmiyyət kəsb etmir.

İşləmək mövzusuna gəlincə, Bakıda təhsil aldığım müddətdə işləməmişəm. Prezident təqaüdünü saxlamaq üçün daha çox dərslərə fokuslanırdım. Həm də riyaziyyat maraqlı olduğu üçün fikrimi dərslərə vermişdim. Bizdə təkcə proqramlaşdırma öyrədilmirdi, həmçinin ali riyaziyyat kifayət qədər güclü səviyyədə keçilirdi və mən daha çox riyaziyyata fokuslanırdım. 2009-cu ildə bakalavr təhsilimi bitirdikdən sonra hərbi xidmətə getdim, qayıtdıqdan sonra artıq işləmək qərarı verdim.

- İş tapmağınız necə oldu?

- Ən maraqlısı həmin dövrdə baş verdi. Mənə elə gəlirdi ki, kifayət qədər mövzudan, yəni proqramlaşdırmadan xəbərim var və güclü riyazi biliklərə sahibəm, ilkin olaraq iş tapmaq çətin olmayacaq. Lakin mən Bakıda iş tapa bilmirdim. Haradasa 6 ay müraciət etdiyim işlərdən heç biri alınmırdı. Sonda bir-iki yerdən “hə” aldım, biri ilə razılaşdıq, amma orada çox qısa müddət işlədim. Səhv etmirəmsə, bir dəfə işə getdim (Gülür). Həmin ərəfədə xarici universitetlərdə özümə magistratura təhsili axtardığımdan və vaxtımı ona sərf eləməli olduğumdan o işdən də çıxdım.

- İşə yeni başladığınız vaxt fikrinizi dəyişib xaricdə təhsil qərarı verməyinizin səbəbi nə idi?

- Dediyim kimi, BDU-da bizə təkcə proqramlaşdırma deyil, kifayət qədər güclü riyaziyyat keçilirdi. Sadə bir proqramçı kimi işləmək üçün o səviyyədə riyazi biliklərə ehtiyac yox idi. Mən 4 il ərzində oxuduğum, öyrəndiyim riyaziyyatı hədər verməməkdən ötrü daha çox tələb olan bir sahəni oxumaq istəyirdim və ona görə də təhsilimi davam etdirmək qərarı verdim. Mənə elə gəlir ki, riyaziyyatın ardınca getməklə çox düzgün qərar vermişəm. Düzdür, mənim məşğul olduğum sahə keçən əsrin 50-60-cı illərindən var, ancaq son onillikdə böyük populyarlıq qazanıb. Həmin o onilliyin lap əvvəlindən artıq mən bu mövzu ilə məşğul olmağa başlamışdım.

- Bakıda iş tapmaqda çətinliklə üzləşməyinizin səbəbi nə idi?

- Təxminən 10-15 şirkətə iş üçün müraciət etmişdim. Çox güman ki, o vaxt tam olaraq işə götürülməyə hazır deyildim. Mən hərbi xidmətdən yeni gəlmişdim və yəqin ki, hərbi xidmətdə olduğum müddətdə öyrəndiyim biliklərin müəyyən qədəri yadımdan çıxmışdı və mən onları hələ bərpa edənə kimi iş tapa bilmirdim. Lakin məni o vaxt bir qədər həvəsdən salan bir məqam var idi. Həmin məqam ondan ibarət idi ki, mən özümə bacarıq cəhətdən güvənirdim və o bacarıqla başlanğıc işləri tapa bilməli idim. Tapa bilmədikdə bir az həvəsdən düşmə olurdu. Bu əminliyi universitetdə oxuduğum müddətdə aldığım qiymətlər, nəticələrim məndə yaratmışdı. Lakin görünür ki, bu hazırlığın tam olaraq yerində olmaması işəgötürənləri qane etmirdi və onlar məni işə götürmürdülər.

- Beləliklə, magistratura təhsili üçün Almaniyaya getdiniz və ilk işinizə də orda başladınız…

- Bəli, elə ilk işim magistr oxuduğum dövrdə Fraunhofer İAİS İnstitutunda elmi assistant işi oldu. Bir il yarım orada çalışdım. Universiteti bitirəndən sonra magistr işini yazmaq üçün “Siemens” şirkətində işə düzəldim. Daha sonra “Moresophy GmbH” adlı kiçik bir şirkətə keçdim. Bu işlərin heç birinə keçiddə çətinlik yaşamaqdım, rahatlıqla işə düzəldim. Mənim əsas çətinliyim “Moresophy GmbH”dən başqa şirkətə keçməkdə oldu.

- O çətinlik nə idi?

- Mən 4 il Bakıda güclü riyaziyyat təhsili almışdım. Ardınca Bonn Universitetində yenə də riyaziyyatla bağlı sahələri oxumuşdum. Gələcək planım da maşın öyrənmə sahəsində çalışmaq idi. “Moresophy GmbH”-ya da maşın öyrənmə mütəxəssisi vəzifəsi üçün işə müraciət etmişdim. İlkin olaraq şirkətdə 3 ay təcrübə keçdim, həmin müddətdə maşın öyrənmə ilə bağlı işlər gördüm. Ona görə həmin şirkətdə işləməyi seçdim. Ancaq təcrübə bitib işə keçəndən sonra heç də oxuduqlarımı tətbiq edəcəyim işlər görmədim. Səbəbi o idi ki, həmin şirkətdə maşın öyrənməsi sahəsində yeganə işçi mən idim və şirkət həmin sahədə əvvəlcədən bir təcrübəyə malik deyildi və mən orada hər şeyi sıfırdan qurmalı idim. Sıfırdan qurmaq da necə baş verir? Şirkət mənə hansısa bir məsələni verib onu həll etməyi tapşırmırdı. Şirkət məni maşın öyrənmə üzrə işə götürsə də, həmin sahədə təcrübəsi olmadığından mənə tapşırdığı işlərin demək olar ki, hamısı proqramlaşdırma ilə bağlı olurdu. Mən işdən sonra maşın öyrənmə sahəsində öz üzərimdə işləyirdim, elmi yenilikləri izləyirdim və müəyyən məsələlər üzərində hansısa nəticə əldə etməyə çalışırdım ki, onu şirkətə göstərim və onlar da qəbul etsinlər ki, bu sahəyə vaxt, kapital ayırmağa dəyər və mənə etmək istədiyim işləri etməyə imkan versinlər. Bunu etdikcə şirkət görmək istədiyim işləri etmək üçün müəyyən qədər imkan yaradırdı. Lakin həmin işdə mən yenə də özümü öz qabımdakı kimi hiss etmirdim və ona görə mən kənarda iş axtarırdım. Həmin şirkətdə maşın öyrənmə sahəsində böyük təcrübə yığa bilmədiyimdən şirkətlərin maşın öyrənmə sahəsində təcrübə tələbini keçə bilmirdim. Məndə nəzəri biliklər kifayət qədər güclü olsa da, onları real həyatda tətbiq etmədiyim üçün işəgötürənlər mənim həmin vakansiyalara uyğun gəlmədiyini düşünürdülər.

- 5 il bir işdə çalışmaq, amma özünü qabında hiss etməmək necə hissdir?

- İlk olaraq deyim ki, mən o qabda taleyimlə barışıb oturmamışdım. Məsələn, “Amazon”un hazırda işlədiyim pozisiyasında işə qəbul olmaq üçün siz ya PHD oxumalısınız (yəni bakalavr, magistr və ardınca PHD etməlisiniz), ya da magistraturadan sonra da təxminən 4-5 il sənayedə işləməlisiniz. Təbii ki 4-5 il təcrübə varsa, avtomatik işə götürmürlər. Kifayət qədər yüksək tələblər var və siz o tələblərə uyğun gəlməlisiniz. Həmin tələblərə uyğun gəlmək üçün gecə-gündüz çalışırdım.

Ancaq 5 il insanın özünü öz qabında hiss etmədiyi işdə çalışması kifayət qədər ağrılı prosesdir. Siz öz potensialınızı görürsünüz, kifayət qədər böyük işlər görməyə qadir olduğunuzu başa düşürsünüz, lakin siz bunu heç kimə, dünyaya sübut edə bilmirsiniz (Gülür). Bu, çox ağrılı prosesdir və mən çox şadam ki, artıq həmin dövr geridə qalıb.

- Kifayət qədər böyük işlər görməyə qadir olduğunu deyən bir qisim insanlar var ki, onlar elə düşünürlər, ancaq sonrakı dövrdə də heç nə edə bilmirlər. Sizin təcrübə fərqlidir, amma maraqlıdır, o vaxtlar heç düşünürdünüzmü ki, bəlkə, mən özüm haqqımda yüksək fikirdəyəm, amma reallıq elə deyil?

- Sözsüz ki, müəyyən təsirləri olur, insanlar daşdan-divardan deyillər. Neqativ rəy gəldikdə onlar həvəsdən düşə, yaxud həqiqətən də bu işi görə bilmədiklərini düşünə bilərlər. Həqiqətən, elə ola bilər ki, insan özü haqqında çox böyük fikirdə olur, əslində ona qadir deyil. Düşünürəm ki, işlə bağlı aldığım neqativ rəylərin mənə çox böyük müsbət təsirləri olub. İnsan daha çox uğursuzluqlardan öyrənir. Siz həmişə uğurlu olsanız, səhvləri harada etdiyinizi, bəlkə də, bilməyəcəksiniz. Mən məktəb və universitet illərində kifayət qədər rahatlıqla oxuduğumdan böyük uğursuzluq təcrübəm olmayıb və həmişə hər bir şeyin daha sadə alınmağına öyrəşmişdim. Lakin iş həyatı bir az fərqlidir. Burada heç də hər şey təkcə sizin başınızın texniki sahədə necə işləməyindən asılı deyil. Burada sizin nə işlər görəcəyinizi həm də xarakteriniz müəyyən edir. Həmin o neqativ rəylər məndə kifayət qədər güclü xarakter formalaşdırdı. Əslində, təkcə neqativlər rəylər deyil, həm də çalışqanlığım da öz nəticəsini göstərdi. Belə ki, mən “Moresophy GmbH”ya işə düzələndə, onlar tamamilə başqa profildə işləyirdilər. İşdən çıxdığım vaxt isə həmin şirkət artıq özünü süni intellekt sahəsində çalışan bir şirkət kimi ortaya qoymağa başlamışdı və bunun da əsas səbəbkarı mən idim. Düzdür, çox böyük şirkət deyildi. 15-20 nəfərlik komandası var idi, amma yenə də mən orada ən aşağı pillədən başlayıb həmin şirkətin bütövlükdə istiqamətini dəyişmişdimsə, bu, böyük bir zəhmət hesabına baş vermişdi. Artıq həmin dövrdə idi ki, “Amazon” kimi şirkət gördüyüm bu işləri dəyərləndirib məni işə qəbul etdi. Ən maraqlısı onda idi ki, “Amazon”la müqayisədə çox kiçik şirkətlər mənə “yox” demişdilər. “Amazon”la eyni vaxtda başqa şirkətlərdən də işə qəbul təklifi almışdım, amma əsas oyunçu “Amazon” idi.

- “Amazon”a ilk cəhdinizdə qəbul oldunuz?

- Təbii ki yox. Əvvəl iki dəfə müraciət etmişdim. Lakin müraciətə baxılmırdı. Çünki qeyd etdiyim kimi bu vakansiyaya uyğun gəlmək üçün, ya PHD dərəcəniz, elmi məqalələriniz olmalıdır, ya da magistraturadan sonra maşın öyrənmə sahəsində 4-5 illik təcrübə lazım idi. Bunlar ilkin şərtlərdir. Bu şərtlərə uyğun gələrsinizsə, CV-nizə baxılır, uyğun gəlirsə, müsahibəyə çağırırlar. Hələ o müddəti tamamlamadığım üçün müsahibəyə çağırmırdılar da. CV-im artıq onların tələblərinə uyğun gəldiyində, müsahibə etdilər və işə götürdülər. İş yoldaşlarımın 90 faizdən çoxunun PHD dərəcəsi var. Böyük əksəriyyəti doktoranturanı bitirib. 1-2 nəfər mənim kimi inadkar var ki, magistraturadan sonra burda işə qəbul olmağa nail olublar.

- “Amazon”da hansı texnologiya üzərində işləyirsiniz?

- “Amazon”da Alexa AI qrupunda işləyirəm. Alexa “Amazon”un istehsal etdiyi ümumi məqsədli səs assistantıdır. Şirkətin müxtəlif tipli cihazları var. Hamısı həmin o Alexa proqram təminatı ilə işləyir. Onun funksiyası səs assistantı olmaqdan ibarətdir. Yəni müxtəlif mövzularda siz Alexa-nı istifadə edib ona suallar, müəyyən əmrlər verə bilərsiniz və o, sizin suallarınızı cavablandırır və öhdəliklərinizi yerinə yetirməyə çalışır. Gündəlik işimiz Alexa-nın insanları daha yaxşı başa düşməsi üçün riyazi modelləri qurmaqdan, elmi ədəbiyyatı izləyib yeni metodologiyaları bu məqsədlə tətbiq etməkdən ibarətdir.

- “Amazon”da fərqli pozisiyalara uyğun maaş aralığının necə olması da maraqlıdır…

- Bizdə işçilər maaşla bağlı məlumatı konfidensial saxladıqlarından fərqli pozisiyalar üçün maaş aralığının necə olduğunu dəqiq deyə bilməyəcəm. Bircə onu qeyd edə bilərəm ki, “Amazon”, “Google” kimi şirkətlər zəhməti dəyərləndirmək və işçidə əlavə məsuliyyət yaratmaq üçün onun haqqını 3 formada verirlər: maaş, bonus və şirkətin səhmləri. Bunların ümumilikdə məbləği isə sizin bilikləriniz, ofisin yerləşdiyi ölkə, şəhər, ailə vəziyyətiniz, çalışdığınız sahədəki yerli şirkətlərin verdiyi maaş və s. nəzərə alınaraq təyin edilir. Adətən yerli şirkətlərin maaşlarından daha yuxarı olur.

- Siz qeyd etdiyiniz 3 formadan yararlana bilirsiniz?

- Bəli, şirkətin dəyəri artırsa, siz də şirkətin səhmlərinə sahib olduğunuzdan əlinizdəki vəsaitin dəyəri də artır.

- 10 ilə yaxındır ki, Almaniyadasınız. Bizdə almanları soyuq xalq da adlandırırlar. Almanlarla işləmək necədir?

- Hər bir alman eyni olduğunu deməzdim. İndiki iş yerimdə alman o qədər də çox deyil, amma var. Bizdən bir az fərqlidirlər, ancaq fərqliliyə neqativ yanaşmaq lazım deyil. Almaniyaya köçüb gəlməyimin öz səbəbləri var. Ola bilsin ki, alman xarakterində də məni nəsə çəkib ki, digər ölkələrə deyil, Almaniyaya gəlmişəm.

Xüsusi olaraq FED.az üçün Aygün Asimqızı

Kiçik şirkətlərdən «yox», «Amazon»dan «hə» cavabı alan azərbaycanlı – MÜSAHİBƏ | FED.azKiçik şirkətlərdən «yox», «Amazon»dan «hə» cavabı alan azərbaycanlı – MÜSAHİBƏ | FED.azKiçik şirkətlərdən «yox», «Amazon»dan «hə» cavabı alan azərbaycanlı – MÜSAHİBƏ | FED.az
Banner
Banner
  • Amazon
  • Turan Qocayev
  • müsahibə
Paylaş

Digər xəbərlər

İş adamları “OBA”da – FOTOLAR
Biznes 6 Dek 2023
İş adamları “OBA”da – FOTOLAR
Azərbaycanda bu şirkətə yeni - SƏDR SEÇİLƏCƏK
Biznes 6 Dek 2023
Azərbaycanda bu şirkətə yeni - SƏDR SEÇİLƏCƏK
2022-ci ildən bəri Rusiya vətəndaşları Gürcüstanda 1 550 şirkət qeydiyyatdan keçirib
Biznes 6 Dek 2023
2022-ci ildən bəri Rusiya vətəndaşları Gürcüstanda 1 550 şirkət qeydiyyatdan keçirib
"Cəlilabad Broyler" ASC 10 milyon manatlıq - BORC ALIR
Biznes 6 Dek 2023
"Cəlilabad Broyler" ASC 10 milyon manatlıq - BORC ALIR
UNEC ilə “Veysəloğlu” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Biznes 6 Dek 2023
UNEC ilə “Veysəloğlu” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Azərbaycanın broyler şirkətinin rəhbərliyi və hüquqi ünvanı dəyişdirilir
Biznes 6 Dek 2023
Azərbaycanın broyler şirkətinin rəhbərliyi və hüquqi ünvanı dəyişdirilir
Bağdadda Azərbaycan-İraq biznes-forumu - KEÇİRİLƏCƏK
Biznes 5 Dek 2023
Bağdadda Azərbaycan-İraq biznes-forumu - KEÇİRİLƏCƏK
Şirkətlərin borcunun əvəzləşdirilməsi ilə bağlı yeni mexanizm yaradılır
Biznes 5 Dek 2023
Şirkətlərin borcunun əvəzləşdirilməsi ilə bağlı yeni mexanizm yaradılır
İngiltərədə azərbaycanlı iş adamlarının 1-ci forumu keçirilib - FOTO
Biznes 5 Dek 2023
İngiltərədə azərbaycanlı iş adamlarının 1-ci forumu keçirilib - FOTO
Ölkəyə xarici investorları cəlb edəcəklər – İKİ BİRLİK SƏNƏD İMZALADI
Biznes 5 Dek 2023
Ölkəyə xarici investorları cəlb edəcəklər – İKİ BİRLİK SƏNƏD İMZALADI
Sakinlər "Tarqovı"dakı restoranın qəlyan tüstüsündən narazılıq ediblər - FHN İŞƏ QARIŞDI
Biznes 4 Dek 2023
Sakinlər "Tarqovı"dakı restoranın qəlyan tüstüsündən narazılıq ediblər - FHN İŞƏ QARIŞDI
Azərittifaqın Bakı Avtobazası - LƏĞV OLUNUR
Biznes 4 Dek 2023
Azərittifaqın Bakı Avtobazası - LƏĞV OLUNUR
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Bakıda güclü zəlzələ olsu - RƏSMİ AÇIQLAMA
    08:49 7 Dek 2023
  • Dövlət qurumu audit xidmətini türk şirkətinə həvalə etdi - QALİB, MƏBLƏĞ
    08:47 7 Dek 2023
  • Səhiyyənin Təminat Mərkəzi 1,7 milyonluq tenderə - YEKUN VURDU
    08:39 7 Dek 2023
  • Mərkəzi Bank daha bir tenderin nəticələrini elan etdi - QALİB, MƏBLƏĞ
    08:32 7 Dek 2023
  • "Azərbaycanda 20-dən çox müəssisə şərab istehsal edir, lakin 4-5 şirkət əsas ixracatçıdır"
    18:31 6 Dek 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    18:29 6 Dek 2023
  • SOCAR-ın prezidenti “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti ilə görüşüb - FOTO
    18:22 6 Dek 2023
  • Hadrutda söküntü işləri aparılacaq
    18:12 6 Dek 2023
  • AZPROMO: "Bu il şərab ixracından 8 milyon dollar gəlir əldə edəcəyik"
    17:45 6 Dek 2023
  • “Bonus Market" MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    17:31 6 Dek 2023
  • Azərbaycan banklarının nümayəndələri SWIFT-in eksperti ilə - GÖRÜŞÜB
    17:27 6 Dek 2023
  • Son bir ildə Azərbaycanda minik avtomobili - İKİ MİN MANAT BAHALAŞIB - QİYMƏT
    17:23 6 Dek 2023
  • Füzulinin işğaldan azad edilmiş iki kəndi qazlaşdırılır - VİDEO
    17:22 6 Dek 2023
  • Telekommunikasiya şirkətinin baş icraçı direktoru dəyişdi – TƏYİNAT
    17:17 6 Dek 2023
  • Azərbaycanda elektrik xidməti 7% - BAHALAŞIB - QİYMƏTLƏR
    17:12 6 Dek 2023
  • Findoc platforması sahibkarlar üçün də - İSTİFADƏYƏ AÇILIB
    17:10 6 Dek 2023
  • Nazir: "Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir"
    17:07 6 Dek 2023
  • Azərbaycanda qoyun əti 12%-dən çox bahalaşıb
    17:07 6 Dek 2023
  • Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
    17:02 6 Dek 2023
  • İlham Əliyev Ceyms O’Braynı - QƏBUL EDİB
    16:58 6 Dek 2023
  • "Fuga Group" MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    16:55 6 Dek 2023
  • Azərbaycanda Çinin “BYD” şirkəti ilə elektrobuslar yığılacaq - ANLAŞMA
    16:51 6 Dek 2023
  • Bakıda “İnnovativ Texnologiya və müasir materialların təqdimatı”na həsr olunmuş - KONFRANS KEÇİRİLİB - FOTOLAR
    16:48 6 Dek 2023
  • İş adamları “OBA”da – FOTOLAR
    16:47 6 Dek 2023
  • UForex maliyyə bazarlarında ticarəti daha - ƏLÇATAN ETDİ
    16:44 6 Dek 2023
  • Azərbaycanda qarğıdalı yağı 10-17% - UCUZLAŞIB - QİYMƏTLƏR
    16:41 6 Dek 2023
  • “Bank Respublika”nın səhmlərinə 4 investordan - 5 SİFARİŞ
    16:40 6 Dek 2023
  • Azərbaycan banklarının 6 türkdilli ölkədə 44 müxbir hesabı var
    16:35 6 Dek 2023
  • Tədris olunmayan fənlərə görə müəllimlərə əməkhaqqı ödənirmiş - Cinayət işi başlandı
    16:30 6 Dek 2023
  • “Aqro Kompleks Qəbələ” - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    16:29 6 Dek 2023
  • İş adamı vəzifəli şəxslərlə görüşə gizli kamera ilə gedibmiş
    16:21 6 Dek 2023
  • “Texnika Bank”ın 5 milyon manatlıq əmlakları təkrar - HƏRRACA ÇIXARILIB
    16:17 6 Dek 2023
  • Müdafiə Nazirliyi – TENDER KEÇİRİR
    16:15 6 Dek 2023
  • AMB hərraclarda dollara tələbin kəskin artmasının səbəbini - AÇIQLADI
    16:08 6 Dek 2023
  • Dövlət Vergi Xidməti “Mover”ın sahibinin ölkədən çıxışına “stop” qoyulmasını istəyir
    16:04 6 Dek 2023
  • Bitkoin - 5% BAHALAŞIB
    16:00 6 Dek 2023
  • "Baku Lüks Tikinti"yə - PROTOKOL YAZILIB
    15:56 6 Dek 2023
  • Ağcabədidə yanğın - 80 baş mal-qara tələf olub
    15:54 6 Dek 2023
  • Naxçıvanda xüsusi iqtisadi rejim - TƏTBİQ OLUNACAQ
    15:49 6 Dek 2023
  • Azərbaycanda günəbaxan yağı 13-23% ucuzlaşıb - RƏQƏMLƏR
    15:45 6 Dek 2023
  • Pirallahı Sənaye Parkında yeni şirkət - 59,3 MİLYONA DƏRMAN ZAVODU QURULACAQ
    15:44 6 Dek 2023
  • Azərbaycanda zeytun yağı 6-9% bahalaşıb - RƏQƏMLƏR
    15:34 6 Dek 2023
  • Azərbaycan-Böyük Britaniya İnvestiya Forumu keçiriləcək - FOTOLAR
    15:32 6 Dek 2023
  • "Yüksəliş" müsabiqəsinin qalibinə - SOCAR-da VƏZİFƏ VERİLDİ
    15:23 6 Dek 2023
  • “Qala Sığorta” şirkəti dövlət qurumunu - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    15:14 6 Dek 2023
  • “Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək!” - FOTOLAR
    15:09 6 Dek 2023
  • Azərbaycan FAO ilə ərzaq təhlükəsizliyinin təmin edilməsini - MÜZAKİRƏ EDİB
    15:04 6 Dek 2023
  • “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” - KEÇİRİLƏCƏK
    14:57 6 Dek 2023
  • İlham Əliyev: “Onlar bizə təxminən 400 min mina ilə bağlı xəritələr veriblər”
    14:50 6 Dek 2023
  • Dövlət qurumu işçi geyimləri üçün materiallar alır – TENDER ELANI
    14:49 6 Dek 2023
  • Neft boru kəməri ilə yük daşınmasından 813,4 milyon manat - GƏLİR ƏLDƏ OLUNUB
    14:44 6 Dek 2023
  • "İşğaldan azad edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətin ekologiyaya vurduğu zərər hesablanır"
    14:38 6 Dek 2023
  • Dövlət qurumu 1,3 milyon dəyərində 2 tenderə yekun vurub – QALİBLƏR, MƏBLƏĞLƏR
    14:31 6 Dek 2023
  • Şərqi Zəngəzur İqtisadi Rayonunda iş yerlərinin sayı 4 dəfəyədək artıb
    14:28 6 Dek 2023
  • AZAL Bakı-Milan reysinin sərnişinləri üçün - XÜSUSİ İMKANLAR
    14:24 6 Dek 2023
  • Rusiya şirkəti “Şəki Şərab” zavoduna 7 milyon avrodan çox - İNVESTİSİYA QOYUB
    14:15 6 Dek 2023
  • İki şirkət "Ünsan Qida Sənaye" MMC-ni - MƏHKƏMƏYƏ VERDİ
    14:12 6 Dek 2023
  • "Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır, bu, bizim legitim hüququmuzdur"
    14:10 6 Dek 2023
  • “Unisell” MMC 346 minlik tenderin – QALİBİ SEÇİLDİ
    13:37 6 Dek 2023
  • Dövlət qurumunun 369 minlik tenderinin qalibi – BƏLLİ OLDU
    13:35 6 Dek 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!

Dövlət istiqrazları 1 il - 7.93▲0.03% Dövlət istiqrazları 2 il - 8.02▼-0.20% Dövlət istiqrazları 3 il - 8.35▲0.03% Dövlət istiqrazları 5 il - 9.69▲0.97% Dövlət istiqrazları 7 il - 7.57▲1.10% NOT (7 gün) - 7.62●0.00% NOT (28 gün) - 7.86▼-0.17% NOT (84 gün) - 8.15▼-0.02% NOT (168 gün) - 7.67▼-0.01% NOT (252 gün) - 7.82▼-0.02% BOKT Embafinans QSC - 10.50▼-0.50% AzerGold - 3.35▼-0.03% ARMB (NOT) Repo - 7.59●0.00% 1D AINAao - 6.50▲0.50% 1D AINAib - 8.40▲0.10% 1W AINAao - 5.85▼-0.03% 1W AINAib - 6.00●0.00% 2W AINAao - 6.00▲0.40% 2W AINAib - 7.30▲0.05% 1M AINAao - 6.25▼-0.15% 1M AINAib - 8.50▲2.70%
SOCAR [ AZ2002019894 ] Alış: 1001.00 / Satış: 1022.00 Unibank KB ASC [ AZ2011002022 ] Alış: 10029.10 / Satış: 10119.76 AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2002019712 ] Alış: 924.14 / Satış: 970.34 BOKT "EMBAFİNANS" QSC [ AZ2008020607 ] Alış: 1022.90 / Satış: 1036.59 Holcim Azərbaycan ASC [ AZ1001018378 ] Alış: 20.00 / Satış: 21.00 Azərbaycan Beynəlxalq Bankı ASC [ AZ2001004582 ] Alış: 1000.00 / Satış: 1013.00 Cənubtikintiservis ASC [ AZ1001004691 ] Alış: 22.00 / Satış: 23.10 Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC [ AZ1001000848 ] Alış: 2.40 / Satış: 2.52 Bakı Tikinti materialları ASC [ AZ1001000863 ] Alış: 2.40 / Satış: 2.52 Bakıinşaatsənaye ASC [ AZ1001001564 ] Alış: 2.40 / Satış: 2.52 AZENCO ASC [ AZ1001008452 ] Alış: 2.60 / Satış: 2.73 Sumqayıt çörək ASC [ AZ1001017230 ] Alış: 2.40 / Satış: 2.52 Savalan ASC [ AZ1001012488 ] Alış: 2.70 / Satış: 2.83 EVRASCON ASC [ AZ1001000871 ] Alış: 20.00 / Satış: 21.00 Dərnəgülsənayetikinti ASC [ AZ1001000376 ] Alış: 2.60 / Satış: 2.73