İtaliyanın “Yuventus” klubu bir neçə gün əvvəl transfer etdiyi məşhur futbolçu Kriştiano Ronaldoya yatırılan məbləği qısa müddəntdə ikiqatdan artıq çıxarıb. FED.az xəbər verir ki, bu həm futbolçunun yeni klubdakı formalarının kütləvi satışı satışından, həm də "Yuventus"un səhmlərinin bahalaşmasından mümkün olub.
Ötən gün Kriştiano Ronaldonun "Yuventus" formaları artıq satışa çıxarılıb. ”Yuventus” fanatları bir gündə Ronaldonun 520 mindən çox formasını alıblar. Bu isə Turin klubuna 52 miylon avro qazandırıb.
Amma «Yuventus»un Ronaldudan qazancı təkcə forması ilə bağlı deyil. Futbol ulduzunun Turin klubuna keçəcəyi məlum olandan dərhal sonra «Yuventus»un səhmləri də bahalaşmağa başlayıb. Cəmi bir neçə gün ərzində klubun səhmləri 40% bahalaşaraq 65 avrosentdən 91 avrosentə yüksəlib. Sonrradan səhmlər bir qədər ucuzlaşaraq 78 sentdə sabitləşsə də, bu da əvvəlki qiymətdən 20% yüksəkdir. Nəticədə klubun bazar dəyəri 150 milyon avro artaraq 737 milyondan 885 milyonq avroya yüksəlib.
Xatırladaq ki, “Yuventus” Ronaldonun transferi üçün “Real”a 100 milyon avro ödəyib.