Avropa Mərkəzi Bankı (ECB) və Avropa İttifaqının (Aİ) Yunanıstana verdiyi maliyyə dəstəyi investorların bu ölkə ilə bağlı narahatlığını xeyli azaldıb.
FED.az xəbər verir ki, məlumata görə, Yunanıstan yaxın vaxtlarda Aİ-nin bərpa fondundan 16 milyard avro qrant almağa hazırlaşır. Bu xəbərin yayılması fonunda Yunanıstanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 6 faiz bəndi azalaraq minimum həddə - 0,9%-ə düşüb.
Xatırladaq ki, Yunanıstan dövlət istiqrazlarının gəlirliliyi sonuncu dəfə tarixi minimumu koronavirus pandemiyasının Avropaya tam təsir göstərmədiyi fevral ayında yeniləmişdi. 10 il bundan əvvəl isə Yunanıstan hökuməti istiqrazlara illik 40% gəlir vəd edirdi. (Report)