Bitcoinin bahalaşması tendensiyası davam edir. FED.az xəbər verir ki, həftənin əvvəlindən 2- 3 faiz arasında bahalaşma göstərən Bitcoin hazırda 10,66 faiz qalxıb. Dünən 15 min dollardan da aşağı olan Bitcoin bu gün Bakı vaxtı ilə saat 11:00-da 17 min 087 dollara satılıb. Bu bahalaşma kriptovalyuta aləmində Bitcoin-in mövqelərini gücləndirib. Onun bazar kapitallaşması 289 milyard dolları keçib.
Bir neçə gündür ki, sürətlə bahalaşan «Ripple» isə son bir sutka ərzində 4% ucuzlaşaraq 3,28 dollardan 3,14 dollara enib. Ümumilikdə isə son bir ayda Ripple 13 dəfə bahalaşıb.
Bahalaşmaya görə ən böyük artım isə PACcoində qeydə alınıb: 4 dəfə. Bir sutka əvvəl 100 PACcoin 0,57 sent olduğu halda indii onların qiyməti 2,31 sent olub.
Son bir həftədə isə PACcoin 21 dəfə bahalaşıb.
Yeni coindən rekord - HƏFTƏDƏ 21 DƏFƏ BAHALAŞDI
12:22
6 Yan 2018