Ləğvetmə prosesində olan "Gəncə Toxunulmamış Parça" Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar iclası keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq sentybarın 23-nə təyin olunub.
İclasın gündəliyi:
1. Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi
2. Cəmiyyətin qalıq əmlakının səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi
3. Cəmiyyətə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması
4. Digər məsələlər.
Qeyd edək ki, "Gəncə Toxunulmamış Parça" 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 513 966 manat, qanuni təmsilçisi isə Əliyev Mehrac Məmməd oğludur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.