Türkiyənin iri maliyyə təşkilatı "Yapı Kredi" istiqraz buraxılışı yolu ilə əlavə 500 milyon dollar cəlb edib.
AYİB "Yapı Kredi"yə - Zəlzələ Krediti Ayırıb
FED.az xəbər verir ki, bankdan verilən açıqlamaya görə, xarici investorların istiqrazlara tələbi təklifi iki dəfə üstələyib.
Məlumata görə, istiqrazlar üzrə gəlirlilik 9,75 faiz civarında olub.
Yanvar ayında 650 milyon dollarlıq subordinasiyalı istiqraz buraxdıqlarını xatırladan "Yapı Kredi"nin rəhbəri Gökhan Erün, 500 milyon dollarlıq son əməliyyatla 2023-cü ilin üçüncü rübünün sonundan bu yana beynəlxalq bazarlardan təxminən 2 milyard dollar resurs cəlb etdiklərini söyləyib.
Abu Dhabi Commercial Bank, Bank of America, Citibank, Emirates NBD, Morgan Stanley və Standard Chartered, Yapı Kredinin emissiyasında iştirak ediblər. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.