Azərbaycanın investisiya bazarında 2026-cı ilin yanvar ayı üçün şirkətlərin əməliyyat sayı üzrə yeni statistika açıqlanıb.
FEd.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, rəqəmlərə əsasən, ABB invest İnvestisiya Şirkəti QSC bazarda lider mövqeyini qoruyaraq 1 205 əməliyyatla siyahının birinci pilləsində qərarlaşıb.
İkinci yerdə Troni İnvestisiya Şirkəti QSC (785 əməliyyat) və üçüncü yerdə PAŞA Kapital İnvestisiya Şirkəti QSC (642 əməliyyat) yer alır.
Orta pillələrdə Unicapital ASC (306 əməliyyat) və CPM-Invest QSC (230 əməliyyat) diqqət çəkir. Digər şirkətlərin əməliyyat sayına gəldikdə . Invest-Az QSC 168 əməliyyat və Assist Finance ASC 149 əməliyyat aparıb.
Siyahının sonlarında isə Xalq Kapital QSC (3 əməliyyat), MFX Trading (6 əməliyyat) və CFI Financial QSC (5 əməliyyat) kimi şirkətlər yer alır.











