Bakı Fond Birjası bu ilin yanvar ayı üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyat sayını həcmini açıqlayıb.
"FED.az" BFB-yə istinadən investisiya şirkətlərinin əməliyyat sayına istinadən bu barədə xəbər verir.
Məlumata görə ən yüksək göstərici "ABB İnvest İnvestisiya Şirkətində"dir - 3 min 183 əməliyyat.
"Unicapital İnvestisiya Şirkətin"in əməliyyat sayı 806 olub.
"Troni İnvestisiya Şirkətin"in əməliyyat sayı 772 ədəd təşkil edib.
4-cü yerdə 593 əməliyyat sayı ilə "Paşa Kapital İnvestisiya Şirkəti" qərarlaşıb.
"Assist Finance İnvestisiya Şirkəti" 399 əməliyyat sayı ilə 5-ci olub.