Bu ilin yanvar ayı üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin diamikası açıqlanıb.
FED.az şirkətlərin birja dövriyyələri əsasında açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, birja dövriyyəsində ən kəskin artım olan şirkət "Troni İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin birja dövriyyəsi illik müqayisə ilə 81,2 dəfə və ya 33,7 milyon manat artıb.
"ABB İnvest İnvestisiya Şirkəti"-nin birja dövriyyəsi 13,5 dəfə və ya 6,1 milyard manat yüksəlib.
Bu dövrdə "Assists Finance İnvestisiya Şirkəti"ndə artım isə 2 dəfə, başqa sözlə 3,1 milyard manata yaxın olub.
"Xalq Kapital İnvestisiya Şirkəti"-nin dövriyyəsində 6,8 dəfə, başqa sözlə 302,9 milyon manat artım qeydə alınıb.
"CPM-İnvest İnvestisiya Şirkəti"-nin dövriyyəsində 2,5 dəfə 230,9 milyon manat artım baş verib
"Assists Finance İnvestisiya Şirkəti"nin dövriyyəsində 2,2 dəfə və ya 593,6 milyon manat yaxın olub.
"Capital Partners İnvestisiya Şirkəti QSC-nin dövriyyəsi illik müqayisədə 2 dəfə, başqa sözlə 37,2 milyon manat artıb.
Birja dövriyyəsi ən kəskin azalan şirkət isə 5,5 dəfə və ya 8,3 milyon manat olmaqla "PSG Kapital İnvestisiya Şirkəti" olub.