İyunun 9-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. FED.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib;
| 
			 Dövlət istiqrazının növü  | 
			
			 Faizli, ortamüddətli dövlət istiqrazları  | 
		
| 
			 Qiymətli kağızın ISIN kodu  | 
			
			 AZ0105010786  | 
		
| 
			 Emissiya həcmi  | 
			
			 25 000 000 AZN  | 
		
| 
			 Nominal dəyəri  | 
			
			 100 AZN  | 
		
| 
			 İstiqrazların tədavül müddəti  | 
			
			 728 gün  | 
		
| 
			 Faiz ödənişləri (olduqda)  | 
			
			 8 dekabr 2020-ci il, 8 iyun 2021-ci il, 7 dekabr 2021-ci il, 7 iyun 2022-ci il  | 
		
| 
			 Faiz gəliri  | 
			
			 10 %  | 
		
| 
			 Ödəmə tarixi  | 
			
			 07.06.2022  | 
		
| 
			 Anderrayter  | 
			
			 Paşa Kapital İŞ QSC  | 
		
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 30%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.




                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







