27 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106017947 ISIN-li, 30 milyon manat həcmində, tədavül müddəti 1092 gün (effektiv gün 1001) olan dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 96.3273 manat (6.8429%) və 99.2378 manat (5.7396%) olan 30 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.0448 manat (6.5671%), orta ölçülmüş qiyməti 97.9445 manat (6.2249%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87 milyon 384 min 400 manat, yerləşdirilmiş həcmi isə 45 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 24 iyun 2025-ci ildir.
Hərrac iştirakçıları 28 sentyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.