05 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070064 ISIN-li, 150 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 94.80 (8.8953%) manat və 97.2614 (7.50%) manat olan 53 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.3701 (8%) manat, orta ölçülmüş qiyməti isə 96.6203 (7.8590%) manat müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 385 milyon 121 min 200 manat, yerləşdirilmiş həcmi isə 225 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 03.03.2026-cı ildir.
Hərrac iştirakçıları 6 mart 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.