"Xalq Kapital İnvestisiya Şirkəti"nin dövriyyəsi artıb.
FED.az xəbər verir ki, 2023-ci ilin yanvar-noyabr aylarında şirkətin birja dövriyyəsi 580,8 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 6,2% artıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 310 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 162,3 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 26,8 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 81,9 milyon manat, səhmləri isə 13 min 717 manat olub.
Cari ildə «Xalq Kapital İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 23% azalıb, dövlət istiqrazları üzrə əməliyyatları 5,1 dəfə artıb, korporativ istiqrazlar üzrə əməliyyatlar 4,1 dəfə, səhm əməliyyatları 19 dəfə azalıb, repo əməliyyatları 29,2 dəfə artıb.
Bu il «Xalq Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 2,3 dəfə azalaraq 432 -dən 190-a düşüb.