“Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin rəhbəri dəyişdirilib.
FED.az xəbər verir ki, İnvestisya Şirkətinin səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, Axundov Fərəc Tahir oğlu baş icraçı direktoru təyin edilib.
F.Axundova qədər bu vəzifədə Tural Bayramov Bəşir oğlu olub.
F.Axundov eyni zaamada ana şirkət olan “Xalq Bank” ASC-nin Xəzinədarlıq idarəsinin rəisidir.
Hazırda şirkətin idarəetmə strukturu belədir:
Müşahidə Şurası:
Sədr:
– Xəzər Bağırlı Arif oğlu
Üzvlər:
-Nəbi Nəbiyev Məcid oğlu
-Natella Şahverdiyeva Fikrət qızı
Xatırladaq ki, “Xalq Kapital İ.Ş.” 2017-ci ildə təsis edilib və onun 420 min manat nizamnamə kapitalı var. Kapitalın 100%-i “Xalq Bank” ASC-yə məxsusdur. banker.az