Dünyanın ən məşhur pul köçürmə sistemi olan Western Union kriptovalyutalarla işləməyə hazır olduğunu bəyan edib. Western Union hazırda 500.000-dən çox pərakəndə agentlə işləyir və milyarddan çox bank hesabına giriş imkanına malikdir.
Eləcə də bax: Bitcoin sürətlə bahalaşır
Western Union Global Money Transfer prezidenti Odilon Almeida: “Western Union bu gün istənilən valyuta ilə işləməyə hazırdır. Biz artıq 130 valyuta ilə çalışırıq. Kriptovalyutalarla işləməyin vaxtı gəldiyini hiss edən kimi biz onları öz platformamıza daxil edəcəyik. Hesab edirəm ki, kriptovalyutalar bizim üçün növbəti mübadilə vasitəsi ola bilər.”
Xatırladım ki, beynəlxalq pul köçürmə sistemləri arasında lider olan Western Union 1851-ci ildə Amerikada yaradılıb. (kriptoinvest.az)
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.