"VTB Capital", intensiv bitkiçilik və tərəvəzçiliklə məşğul olan "Irrico Group"un səhmlərini satıb.
Eləcə də bax: Azərbaycanda bank səhmdarı olan şirkət - Ləğv Olunur
FED.az xəbər verir ki, barədə VTB-nin mətbuat xidmətindən məlumat verilib.
"Irrico"nun veb saytından alınan məlumata görə, şirkət "Lay's cips" və "McDonalds"un kartof tədarükçüsüdür.
""VTB Capital"-ın "İrrico" Şirkətlər Qrupunun səhmdarlığından geri çəkildiyini təsdiqləyirik. Biz Rusiyada birbaşa investisiya sahəsində aparıcı oyunçulardan biriyik, bazarı daim araşdırırıq və kifayət qədər yüksək investisiya gəlirliliyi təmin edəcək cəlbedici aktivlərə baxırıq. "Irrico Group" "VTB Qrupu" üçün daha bir uğurlu investisiya fürsəti oldu və əminik ki, layihədəki iştirakımız şirkətin daha da inkişafı üçün möhkəm bir zəmin yaratdı", VTB -nin mətbuat xidmətindən bildirilib.
VTB, məxfi olduğundan müqavilənin şərtləri ilə əlaqədar olaraq əməliyyatın detallarını açıqlamaqdan imtina edib. (Marja)