Fond bazarlarında son sessiya şirkət səhmlərinin bir-birindən fərqli istiqamətlərdə hərəkəti ilə yadda qalıb.
Qızıl günə 77 dollar itki ilə başladı - SON QİYMƏT
FED.az xəbər verir ki, texnologiya nəhəngləri arasında bəzi şirkətlərin səhmləri bahalaşsa da, digərləri gözəçarpacaq dəyər itkiləri ilə üzləşib.
Ən çox bahalaşan səhm Visa şirkətinə məxsus olub. Şirkətin səhmləri 1,17% artaraq 345,50 dollar səviyyəsinə yüksəlib və investorların sabit sektorlara marağının davam etdiyini göstərib
Visa-nı Apple (+0,61%), Microsoft (+0,31%) və Johnson & Johnson (+0,26%) izləyib. Bu şirkətlər mülayim artımlarla diqqət çəkib.
Digər tərəfdən, ən çox ucuzlaşan Tesla olub. Elektrikli avtomobil istehsalçısının səhmləri 3,38% enərək 282,16 dollara düşüb.
Amazon.com (-1,58%), Meta Platforms (-0,98%), Alphabet (Google) (-0,72%), Berkshire Hathaway (-0,25%) və NVIDIA (-0,09%) kimi digər nəhənglər də günü dəyər itkiləri ilə tamamlayıb
Cədvələ əsasən 10 şirkətdən yalnız 4-ü günü bahalaşma ilə, 6-sı isə ucuzlaşma ilə başa vurub. Bu isə fond bazarında qarışıq və qeyri-müəyyən əhvalın hökm sürdüyünü göstərir. Texnologiya səhmlərindəki dəyişkənlik və Tesla-nın kəskin enişi ümumi mənzərədə risk meyilinin artdığını təsdiqləyir
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
212,50 |
+0,61 |
2 |
Amazon.com |
184,42 |
-1,58 |
3 |
Meta Platforms |
549,00 |
-0,98 |
4 |
Berkshire Hathaway |
533,25 |
-0,25 |
5 |
Visa |
345,50 |
+1,17 |
6 |
Johnson & Johnson |
156,31 |
+0,26 |
7 |
Microsoft |
395,26 |
+0,31 |
8 |
Alphabet (Google) |
160,89 |
-0,72 |
9 |
Tesla |
282,16 |
-3,38 |
10 |
NVIDIA |
108,92 |
-0,09 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.