ABŞ fond bazarlarında son ticarət günü müsbət nəticələrlə yadda qaldı.
Bitcoin 118 min dolları aşdı - SON QİYMƏT
FED.az xəbər verir ki, Tesla günün ən çox bahalaşan səhmi oldu. Şirkətin səhminin dəyəri +3,31% artaraq 459,46 dollar həddinə yüksəldi. Visa da güclü artım göstərərək +1,89% bahalaşıb və 347,83 dollar qiymətinə çatıb.
Apple +0,32% artımla 255,45 dollara, Amazon isə +0,48% yüksəlişlə 220,63 dollara qədər qalxdı. Microsoft (+0,34%), Johnson & Johnson (+0,34%) və NVIDIA (+0,36%) kimi şirkətlər də kiçik artımlarla günü müsbət zonada tamamladı. Alphabet (Google) +0,82% bahalaşaraq 245,54 dollar olub.
Əksinə, Meta Platforms səhmi -2,32% dəyər itirərək 717,34 dollara düşdü. Bu, günün ən çox ucuzlaşan səhmidir. Berkshire Hathaway səhmləri isə -0,90% ucuzlaşaraq 498,20 dollara gerilədi.
Ümumi mənzərəyə baxdıqda, 10 iri şirkətdən 8-i günü artımla başa vurub, yalnız 2 şirkət isə dəyər itirib.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
255,45 |
+0,32 |
2 |
Amazon.com |
220,63 |
+0,48 |
3 |
Meta Platforms |
717,34 |
-2,32 |
4 |
Berkshire Hathaway |
498,20 |
-0,90 |
5 |
Visa |
347,83 |
+1,89 |
6 |
Johnson & Johnson |
186,05 |
+0,34 |
7 |
Microsoft |
519,71 |
+0,34 |
8 |
Alphabet (Google) |
245,54 |
+0,82 |
9 |
Tesla |
459,46 |
+3,31 |
10 |
NVIDIA |
187,24 |
+0,36 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.