ABŞ fond bazarlarında son ticarət sessiyası əsasən mənfi nəticələrlə yadda qaldı. Aparıcı şirkətlərin əksəriyyətinin səhmləri dəyər itirdi.
Qızıl rekordları yeniləməkdən yorulmur - SON QİYMƏT
FED.az xəbər verir ki, günün ən çox ucuzlaşan səhmi Visa səhmləri oldu. Şirkətin səhminin dəyəri -2,98% azalaraq 335,40 dollara düşdü. Berkshire Hathaway səhmləri də -1,53% enərək 488,81 dollara gerilədi və bu, bazarın ikinci ən kəskin azalma göstəricisi oldu.
Tesla -1,47% azalma ilə 428,75 dollara, Apple və Meta Platforms isə hər biri -0,76% enmə ilə müvafiq olaraq 247,45 və 712,07 dollar səviyyəsinə düşdülər. Amazon.com -0,51%, Microsoft -0,35% azalma ilə sessiyanı mənfi zonada tamamladı.
Əks istiqamətdə isə NVIDIA və Johnson & Johnson şirkətləri diqqət çəkdi. Süni intellekt nəhəngi NVIDIA səhmləri +1,10% artaraq 181,81 dollara, səhiyyə sektorunun sabit oyunçusu Johnson & Johnson səhmləri isə +0,50% bahalaşaraq 192,12 dollara yüksəldi. Son olaraq Alphabet (Google) səhmləri +0,07% artımla 251,88 dollara çatıb.
Ümumi mənzərəyə baxdıqda, 10 əsas şirkətdən 7-sinin səhmi dəyər itirib, yalnız 3 şirkətin səhmləri artımla günü tamamlayıb.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
247,45 |
-0,76 |
2 |
Amazon.com |
214,47 |
-0,51 |
3 |
Meta Platforms |
712,07 |
-0,76 |
4 |
Berkshire Hathaway |
488,81 |
-1,53 |
5 |
Visa |
335,40 |
-2,98 |
6 |
Johnson & Johnson |
192,12 |
+0,50 |
7 |
Microsoft |
511,61 |
-0,35 |
8 |
Alphabet (Google) |
251,88 |
+0,07 |
9 |
Tesla |
428,75 |
-1,47 |
10 |
NVIDIA |
181,81 |
+1,10 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.