İyul ayının ilk yarısında, “Hi-News”da yeddigünlük mayninq-eksperiment başladı. TED.az xəbər verir ki, eksperimentdə üç fərqli videokarta sahib olan kompüterlər bu günümüzdə kriptovalyuta hasilatının, həqiqətən, sərfəli olub-olmadığını öyrənməyə çalışdı...
Cavab müsbət nəticələndi, lakin təcrübədə istifadə olunan GPU (Graphics processing unit - video kartın sahib olduğu və onun işini idarə edən prosessor) daha bahalı idi. Əgər bahalı olmayan videokartı götürsək, bu uğur təkrarlanacaqmı?
Qərar yeni təcrübədən sonra elan ediləcək – bu dəfə beş iştirakçı ilə.
Yeni mayninq təcrübəsi
Yeni sınağın qaydaları əvvəlkilərlə eynidir. Ona görə də əvvəlki təcrübə ilə tanış olmaq üçün vaxtınız olmayıbsa, bunu etməyi məsləhət görürük. Əgər baxmısız, amma unutmusunuzsa, xatırladırıq...
Fərqli videokartları olan beş kompüter götürürük. Bunlar – “Nvidia GeForce GTX 1050 ti”, “AMD Radeon RX470”, “AMD Radeon RX570”, “AMD Radeon RX480” və “AMD Radeon RX580”. Modellər çox da bahalı deyil.
Hər bir videokart üçün “2CryptoCalc” kalkulyatorundan istifadə edərək mayninq üçün ən sərfəli pulu seçirik. Daha sonrası asandır: kompüterləri 2Miners “pul”una bağlayırıq və bir həftə onlar haqqında unuduruq. Sonda yekun qazancı nəticələr ilə birlikdə nəzərdən keçiririk və bölüşürük.
“Nvidia GeForce GTX 1050 ti” üzərindən mayninq
“GTX 1050 ti”dən başlayaq, çünki bu təcrübədə yeganə yaşıl videokartdır - yəni “Nvidia”dan. Model 4 GB yaddaşa sahibdir ki, bu da mayninqdə pul qazanmaq üçün kifayətdir. “2CryptoCalc” gəlir kalkulyatoru düzgün pul növünü seçməyə kömək edəcək. O, hazırda hər bir mayninqdən nə qədər kriptovalyutanın gəldiyini yaxşı bilir. Bunu nəzərə alaraq, kalkulyator mümkün qədər çox pul qazanmaq üçün hansı “sikkə”ni (pulu) seçəcəyinizi söyləyir. Bir şey var - bütün bunlar proqnozdur. Gələcəyə baxmaq, hələ də mümkün deyil.
Beləliklə, “2CryptoCalc”a daxil oluruq və ktiptovalyutanı seçirik. Bunu etmək üçün “heşreyt” tətbiq etmək lazımdır - yəni videokartın məhsuldarlığını. Kalkulyator “GTX 1050 ti” üçün “ZelCash”ı məsləhət gördü.
Yeri gəlmişkən, mayninq etməmisinizsə "kriptovalyutanın hasilatı" ifadəsinə bu videoyoda baxa bilərsiniz. Mayninq etmək onun haqqında danışılandan, daha asandır.
“ZelCash”ın “Nvidia”dakı mayninq gəlir proqnozu
Kriptovalyuta seçilib – indi nə qədər gəlir qazanacağını öyrənmək qalır. Bunun üçün “2CryptoCalc” istifadə edirik, lakin bu dəfə artıq “ZelCash”da. Bir həftə ərzində kalkulyator ZEL ekvivalenti ilə 2,39 dollar gəlir əldə edəcəyini proqnozlaşdırır.
VİDEONU BURADAN İZLƏYƏ BİLƏRSİNİZ
Məzənnəni müəyyən edirik. Təcrübənin başlandığı vaxt, iyulun 22-də 12,50 sent, bir həftə sonra isə 14,05 sentə bərabər idi.
Yeddi iş günü ərzində kompüter 16,57259 ZEL və ya 2,328 dollar gəlir gətirdi. Bu, proqnozlaşdırılan nəticədən bir qədər aşağıdır, buna görə cəmi ilə razılaşırıq və xərclərin hesablanmasına davam edirik.
Nə qədər elektrik sərf olundu?
Mayninqin əsas xərci - elektrik enerjisidir. “Nvidia GeForce GTX 1050 ti” kompüteri saatda 130 vatt sərf etdi ki, bu da həftədə 21,84 kVt/saat edir.
Orta tarif 1 kilovat/saat üçün 0.0527 dollar olduğundan, kompüterin yeddi gün işləməsi üçün 1.15 dollar ödəniləcək.
İndi isə qalır xərcləri gəlirdən çıxmaq və xalis mənfəəti əldə etmək.
Nəticə: “Nvidia GeForce GTX 1050 ti” bizə həftədə 0.948 dollar gəlir gətirdi.
Bu məbləğdən məyus olsanız, vacib xırdalıqları xatırlamğa dəyər:
- “GeForce GTX 1050 ti” videokartı - ucuzdur. O, milyonlar gətirməməlidir.
- İl ərzində mənfəət 49,29 dollar olacaq - və bu, artıq puldur.
- Kriptovalyutanın kursu qalxa bilər, bu da gəlirə müsbət təsir göstərəcəkdir.
- Heşreyt və elektrik enerjisi xərcləri nisbi olaraq artır. “GTX 1050 ti” kompüteri saatda 130 vatt sərf edir, bunun 80 vattını videokart istehlak edir, qalan 50 vatt isə ana plata (ing. motherboard), yaddaş və s. tərəfindən sərf olunur. Biz əgər iki “GTX 1050 ti” kartı qoysaq, məhsuldarlıq 2 dəfə, elektrik enerjisinin qiyməti isə 60 faiz artacaqdır. Bunu dördə qaldırsaq: heşreyt 4 dəfə, xərclər isə üç dəfə artacaq və s.
“AMD Radeon RX470”də mayninq
Eyni şeyi təkrar edəcəyimiz əlavə dörd videokart var. Onlardan biri “Radeon RX470”dir. Qeyd edək ki, "qırmızı" videokartlar, yəni AMD – “Ethereum” və “Ethereum Classic”in öhdəsindən daha yaxşı gəlir. Adətən onlarda bu kriptovalyutalarla mayninq edilir.
Nəzəriyyəni praktikada sınayaq. “2CryptoCalc”a daxil oluruq və ilk etdiyimiz əməliyyatı edirik. Nəticə təəccübləndirmir – kalkulyator “Ethereum Classic”də mayninq etməyi məsləhət görür.
“AMD Radeon RX470”də mayninq qazancı
İndi isə həftə ərzində kriptovalyuta hasilatından nə qədər pul qazana biləcəyimizi müəyyən edirik. “2CryptoCalc” 3,81 dollar proqnozlaşdırır.
Təcrübənin əvvəlində aktual olan kurs.
“AMD Radeon RX470” nə qədər qazandı?
Bu dəfə nəticə proqnozlaşdırılanlardan geri qalır. “RX470” 0,55406 və ya 3,32 dollar gəlir gətirdi.
Real nəticələrin proqnozlaşdırılanlardan geridə qalmasının iki səbəbi var. Birincisi, kriptovalyutanın məzənnəsi bir həftə ərzində “Ethereum Classic” (ETC) 6,45 dollardan 6 dollara düşdü. İkincisi, təcrübə zamanı mayninq çətinliyi 115,06 T-dən 123,34 T-yə qədər artdı. Bu o deməkdir ki, mayninq edənlər şəbəkədə daha çox idi və mənfəətin kiçik bir parçasını əldə etmək oldu.
Elektrik enerjisinə nə qədər pul xərclənib?
“AMD RX470” kompüteri saatda 165 vatt sərf etdi. Bir həftə ərzində 27,72 kVt/saat təşkil edir, bu isə 110,88 rubl və ya 1,75 dollar olacaq.
Nəticə: “AMD Radeon RX470” bizə həftədə 1,57 dollar gəlir gətirdi.
İl ərzində bu, 82 dollar edir. Bundan əlavə, mayninqin çətinlik dərəcəsi daim dəyişir. Əgər şanslısınızsa mayninq daha asan olacaq və daha da çox qazanacaqsınız.
“AMD Radeon RX570”də mayninq
Növbəti iştirakçı - “RX570” kompüteridir. Videokartı “RX470”ə çox oxşardır, ona görə də kalkulyator “Ethereum Classic”də mayninqi tövsiyə edir.
Beləliklə, ETC bizə bir iş günü ərzində təqribən 59 sent gəlir gətirəcək.
“Radeon RX570”də proqnozlaşdırılan mənfəət
Kriptovalyuta seçilib, qalır bir həftə üçün proqnozu müəyyənləşdirmək. “2CryptoCalc”a daxil olub əməliyyatı təkrarlayırıq.
Kalkulyator ekvivalenti 4,07 dollarla hesablamağı məsləhət görür. Bu, yaxşı nəticədir - xüsusilə mayninqin passiv gəlir olduğunu nəzərə alsaq.
“RX570”də real mayninq mənfəəti
Bir həftə sonra kompüter 0.60282 ETC və ya 3.61 dollar qazandı.
Nəticə yenidən proqnozlaşdırılandan daha aşağıdır, lakin səbəb eynidir. Məzənnə aşağı düşdü və çətinlik dərəcəsi böyüdü - beləliklə, qazancın azalması müşahidə olundu.
İşığa nə qədər xərcləndi
Mənfəəti hesablamazdan əvvəl son olaraq elektrik enerjisinə nə qədər xərcləndiyinə baxaq. “RX570” olan kompüter saatda 160 vatt israf etdi. Nəticədə həftədə 26,88 kVt/saat sərf etdi və bu 1,70 dollar edir.
Nəticə: “AMD Radeon RX570” bizə həftədə 1.91 dollar qazandırdı.
Bir ildən sonra məbləğ 100 dollara çevriləcək və bu yeni bir kart üçün kifayətdir. Yeri gəlmişkən, bu müddət ərzində vaxtınızı itirməyib videokartın enerji istehlakını azaltmağı və daha çox qazanc əldə etməyi öyrənə bilərsiniz. Təcrübəli mayninq edənlər yalnız kart istehlakını düzgün təyin etməklə qazancı 20-30 faizə çatdırırlar.
“AMD Radeon RX480”də mayninq
“Ethereum Classic” ilə işləyərkən öz potensialını daha yaxşı göstərən başqa bir qırmızı videokart sahibi. “2CryptoCalc” burda da məyus etmədi – ETC ilə mayninq olunacaq.
“RX480” üçün mayninq mənfəət proqnozu
Mümkün qazanc müəyyən etməyin vaxtı gəldi. Kalkulyator həftədə 4,18 dollar vəd edir. Nəticə təcrübədəki digər AMD kartları kimi açıq şəkildə daha aşağı olmasını göstərir.
“AMD Radeon RX480” nə qədər gəlir gətirir
“RX480”də mayninq həftədə 0,60034 ETC və ya 3,60 dollar qazandırdı. Niyə aşağı? Eyni amillər təsir göstərdi: kriptovalyutanın məzənnəsinin aşağı olması və mayninqin çətinlik dərəcəsinin artması.
Elektrik enerjisinin sərfiyyatı
“RX480” kompüteri daha çox enerji sərf etdi – 1 saata 180 vatt və ya həftədə 30,24 kVt/s. Bu, ekvivalent 1,91 dollara bərabərdir.
Nəticə: “AMD Radeon RX480” bizə həftədə 1.69 dollar gəlir qazandırdı.
İl ərzində bu, 88 dollar edir. Bu məbləğ başqa yeni bir videokart almağa kifayət edir. Onunla mayninq iki dəfə çox gəlir gətirəcək.
“AMD Radeon RX580”də mayninq
Son iddiaçı – “RX580”dir. “2CryptoCalc” yenə videokartı 2Miners-dən ETC-puluna verməyi tövsiyə edir. Mükəmməl seçimdir.
Mayninqdən gözlənilən gəlir
“RX580” ilə “Ethereum Classic”də mayninq həftəyə 4,27 dollar gəlir vəd edir. Bir həftə içində ETC-lə ilə baş verən hər şeyi nəzərə alsaq, şübhəsiz ki, daha az olacaq.
“Radeon RX580” ilə real gəlir
İntuisiya bizi aldatmadı: “RX580” olan kompüter həftədə 0,58615 ETC və ya 3,5169 dollar qazandı.
Mayninqdə elektrik enerjisinin sərfiyyatı
“RX580” də “RX480”nin nəticəsini təkrarlayır - 180 Vt. Bunlar həftədə eyni 1.91 dollar xərcləyir.
Nəticə: “AMD Radeon RX580” bizə həftədə 1,60 dollar gəlir gətirdi. Və ya ildə 83 dollar edir. Xatırladaq ki, bu məbləği sadəcə kompüterin işləməsi üçün alacağıq. Mayninq prosesində iştirak etmək məcburiyyətində qalmayacaqsınız. Belə bir perspektivi ən azı düşünməyə dəyər.
İnandırıcı bir arqument olaraq, “Ethereum Classic”in mayninq istehsalına başlaması ilə bağlı bir video təqdim edirik.
Eksperimentin ümumi nəticələri
İndi bütün iştirakçıları və həftədəki nəticələrini xatırlayaq:
- GeForce GTX 1050 ti - 0.948 dollar;
- AMD Radeon RX470 - 1.57 dollar;
- AMD Radeon RX570 - 1,91 dollar;
- AMD Radeon RX480 - 1,69 dollar;
- AMD Radeon RX580 - 1.60 dollar.
Mayninq zamanı gəldi
2019-cu il kriptovalyuta bazarı üçün bir növ əlverişli oldu. Bitkoin qısa müddət ərzində 13 min dollardan yuxarı qalxdı və bu da digər pulların sürətlə sıçrayışına səbəb oldu. Başqa sözlə desək, hazırda mütəxəssislər məzənnənin düşməsindən çox qalxmasına ümid edirlər.
Bunu çox böyük investorların gəlməsi təsdiqləyir. Bundan başqa, kriptovalyutaya investisiya qoymaq üçün yeni vasitələr yaranır. Məsələn, iyulun ikinci yarısında dünyaca məşhur “Bakkt” platformasından Bitkoin-fyuçerslərin test-sınağı baş tutdu. İnkişaf sürətlə davam edir, buna görə də bizim vəzifəmiz - lazımi anı qaçırmamaqdır.
@TED.az