Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bankın məlumatına görə, hərracda dollara tələb aprelin 2-nə nisbətən 7,4 milyon ABŞ dolları və ya təxminən 9,9% azalaraq 67,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.