«Unicapital» İnvestisiya Şirkətinin dövriyyəsi 1,3 milyard manatı ötüb.
FED.az xəbər verir ki, bu ilin yanvar-iyul aylarında "Unicapital İnvestisiya Şirkəti" ASC-nin birja dövriyyəsi 1 milyard 317 milyon manat təşkil edib.
Bu dövrdə ASC-nin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 14 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 77,5 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 435,6 milyon manat, səhmlər üzrə dövriyyəsi 2,7 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi isə 786,8 milyon manat olub.
Cari dövrdə «Unicapital»in səhm əməliyyatlarında kəskin artım qeydə alınıb: dövriyyə 2,4 milyon manat və ya 8,9 dəfə artıb.
Yanvar-iyul aylarının nəticələrinə görə, «Unicapital»in əməliyyatlarının sayı 1,367 ədəd (40,5%) artımla 4,742-ə bərabər olub.