İyulun 11-də Bakı Fond Birjasında "Finca Azərbaycan" QBKT MMC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1000 USD olan, 2,500,000 dollar həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi baş tutacaqdır.
FED.az xəbər verir ki, istiqrazın illik faiz dərəcəsi 9 %, faiz ödəniş dövrü isə hər 3 aydan bir təşkil edir. Müraciət üçün linkə keçid edin: https://unicapital.az/finca-istiqrazlari/
Yerləşdirilmənin anderrayteri qismində “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış edir.
Qeyd edək ki, Nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsus olan “Unicapital” İnvestisiya Şirkəti, 17 ildən artıq müddətdir ki, maliyyə sahəsində fəaliyyət göstərir. Qiymətli kağızların yerləşdirilməsi, investisiya və törəmə maliyyə alətləri üzrə geniş xidmət göstərən “Unicapital” İ.Ş., qiymətli kağızlar bazarına və emitentlərə göstərdiyi xüsusi dəstəyi ilə daima fərqlənib.
Şirkət dinamik dəyişən kapital bazarında təklif etdiyi anderraytinq xidməti ilə korporativ müştərilərinə səhm və istiqrazlarını birjaya yerləşdirmək, bizneslərini genişləndirmək və əlavə vəsait cəlb etmək imkanı yaradır.