Unicapital artıq müştərilərinə "İstiqrazlar üzrə zəmanət mexanizmi"ni təqdim edəcək.
Belə ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “İstiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun təminat verməsi Qaydası”na əsasən Unicapital göstərilən bütün tələblərə cavab verərək, müvəkkil investisiya şirkəti statusa sahib olub.
Bu mexanizmə əsasən “Unicapital” ilə əməkdaşlıq edən emitentlərin manat istiqrazlarına Fond tərəfindən zəmanətin verilməsi imkanı yaranır. Məqsəd investorların risklərinin bölüşdürülməsi, ölkədə qiymətli kağızlar bazarının inkişafı və korporativ istiqrazların likvidliyini artıraraq investorların maraqlarını qorumaqdır. Ətraflı : https://unicapital.az/xidmetler/yerli-bazarlar/
Qeyd edək ki, zəmanətin verilməsi əlavə xidmət olaraq, qeyri-neft sektorunda fəaliyyət göstərən bütün şirkətlərə şamil edilir.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” ASC Bakı Fond Birjasının ilk və ən uzun müddətli üzvüdür.